Mətanətin evlilik oyunu – Ərə gedir, yoxsa…

SON XƏBƏRLƏR şou-biznes
Loading...

Müğənni Mətanət Əsədova son günlər qatıldığı verilişlərdəki açıqlamaları ilə diqqət çəkib.

Orman.Az axşam.az-a istinadən bildirir ki, son günlər ən çox müzakirə edilən mövzu onun ərə getməyə hazırlaşmasıdır. Belə ki, Əsədova “5/5” verilişində sevgili tapdığını, yaxın günlərdə toy olacağını açıqlamışdı. Veriliş boyunca aparıcı Zaur Kamalın suallarını cavablandıran Mətanət ağızdolusu ilə sevgilisindən danışıb, onun tərifini göyə qaldırıb.

“Elə bir ovçu çıxdı ki… Efiri sevmir, heç vaxt görünməyəcək. Yeni mahnımı da ona həsr etmişəm. Hər şeyini yarımçıq qoyub mən olan efirə baxır ki, ürəyi nə edir. Həyatıma gəldi, gözlənilməz eşq oldu. Toyu yəqin mən edəcəm. Özüm üçün toy edəcəm. İnşallah, bununla ömürlük olsun. Biz ikimiz də doyulmaz dadıq. Onun adını çəkməkdən qorxuram. Gedib cadu edərlər. Bu şou-biznesdə o qədər cadu edənlər var ki…”, – M.Əsədova sevgilisi haqda deyib.

Daha sonra “Zaurla Günaydın” verilişinə qatılan müğənni yenə də ərə getmək sualları ilə gündəmə gəlib. İfaçı sözünün üstündə duraraq, yaxın günlərdə ailə quracağını söyləyib.

Amma Mətanətin yalançı toy açıqlamaları uzun çəkməyib. İfaçı “ATV şou” verilişində aparıcı Nanə Ağamalıyevaya tam əksinə cavab verib. O, həyatında heç kimin olmadığını, toy etməyəcəyini, tək olduğunu deyib. “Hamısı yalandır, boşdur. Deyirəm ki, qarşıma çıxan tez çürüyən çin saqqızıdır. Olmayacaq… Mən bir kərə sevildim, o da getdi”, – sənətçi söyləyib.

Daha sonra yenidən “5/5″ə qatılan Mətanət Zaurun zarafatlarına “Boşatdıracaqsan məni” deyə cavab verərək, yalanlarına davam edib.

Загрузка...