Məşhur türk müğənnisi Dadaşovanı prokurorluğa şikayət etdi – ŞOK SƏBƏB/FOTO

SON XƏBƏRLƏR şou-biznes
Loading...

Türkiyəli məşhur müğənni Dəniz Seki Səidə Dadaşovadan prokurorluğa şikayət ünvanlayıb.

Dəniz Seki “Hayat İki Bilet” adlı mahnını icazəsiz olaraq telekanallarında səsləndirən Səidə Dadaşovadan şikayət edib. Məşhur ifaçı şikayət ərizəsində bildirib ki, mahnı ondan xəbərsiz istifadə edildiyi üçün mənəvi haqlarına təcavüz olunub.

Hadisə ilə bağlı araşdırma aparan İstanbul Fikri Sinai İstintaq Bürosu Dadaşovanın sözügedən mahnını ARB kanalında ifa etdiyini təsdiqləyib. Ancaq prokurorluq Dəniz Sekinin məhkəməyə müraciət etməli olduğunu və cinayət sanksiyası olmadığını bildirib. Odur ki, istintaq nəticəsiz qalıb.(publika.az)

Xəbərin olsun:  Müğənni karantini pozdu
Загрузка...