Məşhur Məmmədovun 70 saylı Masallı seçki dairəsi üzrə namizədliyi ilə bağlı ziyalılar öz fikirlərini bölüşür. Masallının ən dəyərli müəllimlərindən olan Hüseyn müəllimə səmimi və xoş sözlərinə görə təşəkkür edirik!

Manşet Məlumat
Loading...

“Mənim xatirəmdə Məşhur Məmmədov savadlı, işgüzar, xeyirxah və dövlətçilik ənənələrinə sadiq bir insan kimi qalıb. Şagirdimdir deyə demirəm, Məşhur Məmmədov layiqli namizəddir . Çünki 1996-cı ildən direktoru olduğu şirkətlərdə işsizliyi aradan qaldırmaq məqsədi ilə hər keçən il yeni iş yerləri yaratmışdır. Xatırlayıram ki, gənclərin yeni iş yerləri qurmaq, sahibkarlıq fəaliyyətinə başlamaq arzularına hər zaman yardım etmişdir.

Birinci Yeddioymaq, İkinci Yeddioymaq, Qasımlı, Şıxlar kəndlərində qız şagirdlərin ali təhsil almasını stimullaşdırmaq üçün xüsusi işlər görüb. Məşhur Məmmədov öncəliklə gənc nəslin təhsilinə xüsusi diqqət ayırır, məktəblərdə bilik yarışları təşkil edir. O, hər bir rayon sakinin nəzərində xeyirxah əməlləri ilə yadda qalan, kimsəsizlərə əl tutan, veteran, şəhid və aztəminatlı ailələrə daim köməklik göstərən şəxs kimi qalmışdır. Biznes və ictimai həyatda görmüş olduğu işlər yüksək qiymətləndirilmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşdur. Onun “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” yubileyi medalı və “Azərbaycan Sərhəd Müdafiəsinin 100 illiyi” medalına layiq görülməsi məni çox sevindirmişdi.

Xəbərin olsun:  Qarabağı “alovlandıran” Sumqayıt hadisələri – 32 il

O, hər dəfə kəndə gələndə doğma məktəbini, müəllimlərini ziyarət edir, qayğıları ilə maraqlanır. Biz müəllim kollektivi olaraq Məşhur Məmmədovun layiqli namizəd olduğunu və onun seçilməsinin həm Masallı camaatı, həm də ölkə əhalisi üçün faydalı olacağına inanırıq. Bu inamımız isə onun indiyə kimi gördüyü işlərindən qaynaqlanır.”

Məşhur Məmmədovun 70 saylı Masallı seçki dairəsi üzrə namizədliyi ilə bağlı ziyalılar öz fikirlərini bölüşür. Masallının ən dəyərli müəllimlərindən olan Hüseyn müəllimə səmimi və xoş sözlərinə görə təşəkkür edirik!
Загрузка...