Məşhur Hollandiyalı siyasətçi-islamofob İslamı qəbul edib.

din Hadisə Manşet Siyasət
Loading...

Məşhur Hollandiyalı siyasətçi-islamofob, “Hollandiya üçün” partiyasının lideri, ultra-sağçı  PVV partiyasından (digər qalmaqallı məşhur islamofob Qirt Vilders rəhbərlik edir) millət vəkili Yoram van Klaveren İslamı qəbul edib.

Orman.Az xəbər verir ki, Van Klaveren İslam dininə aktiv hücumları və İslamın  yalan, Quranın isə zəhər olduğunu söyləməyi ilə məşhur idi.

O,  Hollandiya radiosuna bildirib ki, “bu dini ifşa etmək” məqsədilə İslam haqqında kitab yazarkən müsəlman olub. Hollandiya mətbuatının verdiyi məlumata görə, 39 yaşlı van Klaveren ötən ilin oktyabrında müsəlman olub.

Siyasətçi bu qərarı İslam əleyhinə kitab yazarkən oxuduğu İslamın təsiri altında qəbul edib.

İslamı qəbul etdikdən sonra van Klaveren İslam və müsəlmanlara qarşı hücumların qəbuledilməz olduğunu iddia edərək, ultra-sağçıların hərəkətlərini tənqid etməyə başlayıb.

Qeyd edək ki, Hollandiyada islamofobların müsəlman olması əvvəllər də baş verib. Belə ki 2013-cü ildə elə Van Klaverenin həmpartiyalısı olan Arno van Doornda İslamı qəbul edib.

Загрузка...