Məşhur azərbaycanlı yazıçıdan ŞOK İDDİALAR: “Məhəmməd peyğəmbər İslamı danıb, “Allah” adını qəbul etməyib, “Quran” təhrif edilib”

ədəbiyyat Manşet Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Məşhur yazıçı İsa Muğanna (İsa Hüseynov) son əsəri olan “Türfə” romanında İslamın və “Quran-Kərim”in təhrif olunması ilə bağlı kəskin iddialar irəli sürüb.

Orman.Az xəbər verir ki, yazıçının İslamın təhrifi, Nəqşbəndilik və SafAğ elmi mövzusunda qələmə aldığı son əsərində yetərincə cəsarətli iddialar yer alıb.
Beləki yazıçı romanda dəfələrlə “Quran”ın təhrif edildiyini iddia edir.

İsa Muğanna “Türfə”də müsbət obrazının dili ilə peyğəmbərin İslamı dandığını və “Allah” adını qəbul etmədiyini bildirir.

“Bu yazıda “Tin” surəsini mən qəsdən axıra saxladım. Çünki bu surədə Peyğəmbərin İslamı danmağından söhbət gedir; Peyğəmbərə müraciətlə deyilir: “Dini danmağa səni vadar edən nədir?” Bunun ardınca Peyğəmbərin “Alah” adını qəbul etməməsi açıq-aydın görünür: “Hakimlərin ən hikmətlisi Allah dyilmi?” (“Hakimlər içərisində hakim” tək deyilmiş).
“Türfə”yə gedəndə İsmeyil əmiyə birinci sualım elə bu oldu:
– Peyğəmbər dini danıb?
İsmeyil əmi fikirli-fikirli yerə baxdı.
– Mən bilirdim ki, anan üzünü köçürəndən (red. “Quran”ın tərcüməsinin) sonra ilk oxuyan sən olacaqsan. Onu da bilirdim ki, Peyğəmbərin dini danması barədə lap əvvəlcə soruşacaqsan. Çünki “İslam” – “Təslim ol” dini Peyğəmbərimizin dini deyil. BağÜn EvƏrimiz SafAğ elminə istinad edirmiş. Bunu sübut eləməyə BağÜn EvƏrimizin – “Peyğəmbərimizin möhüründən başqa əsasımız qalmayıb əlimizdə. Amma möhür çox əsaslı sübutdur. Çünki Məkkədə – BağOdda illərlə əlində işlətdiyi möhür OdƏr – Türk dilindədir. Üç kəlmədən ibarətdir möhür: “ƏlAğ OdEvƏr ƏsEvƏr”. Yəni ƏlAğ OdƏr həqiqətdir (və) Yaradan Evin işığıdır. Sual olunur, bəs “Quran”ın əvvəlində niyə yazılıb ki, “Quran” ərəbcə verilib? Ərəbcə verilibsə, bunu “Quran”ın özündə yazmağa nə ehtiyyac var?”.

İsa Muğanna sözügedən romanda həmçinin qeyd edir ki, hazırki “Qurani-Kərim” kitabı bilərəkdən təhrif edilib.

“BağOd əhalisi bilirmiş ki, BağÜn EvƏr BağHəmOd (Muhəmməd) miliyyətcə Odərdir. “Quranın sonradan tərcümə olunduğunu bilmək üçün VII əsrin Vizantiya ilə müharibə əsri, BağOdun fəth olunduğunu və Rimdən – Ərimdən oraya SarOdEy rütbəsində Sar hökmdar göndərildiyini bilmək lazımdır. OdƏr dilini məhv etmək Vizantiyanın ən böyük arzusu olub. Odur ki, birinci “Quran”ı tərcümə etdiriblər. Başdan ayağa biabırçı təhriflərlə dolu tərcüməni yayıblar”.

Əvvəldən sona qədər “partlamamış bomba” olan bu romanı müəllifin özü də Azərbaycanda nəşr olunmasından ehtiyyat edirdi. O, müsahibələrindən birində bildirmişdi ki, həmin romanı Azərbaycan nəşriyyatları çıxarmağa cürət edə bilməz.
Lakin roman 2015-ci ildə “Hədəf” nəşriyyatında nəşr olundu

Mövzuya diqqət ayıran oxuculara – bu mətnin “konteksdən çıxarış” kimi anlamamaları üçün romanı oxumalarını məsləhət bilirik.

Загрузка...