Məşhur azərbaycanlı kriminal avtoritetə hökm oxundu

flash Hadisə kriminal SON XƏBƏRLƏR
Loading...

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən, kriminal aləmdə “Krıtı Vüsal Masallinski” kimi tanınan Vüsal Nuriyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Orman.Az lent.az-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmü ilə “Krıtı Vüsal” 7 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Xəbərin olsun:  20 Yanvar faciəsindən 30 il ötür

Hökmlə razı olmayan avtoritet Şirvan Apellyasiya Məhkəməsinə müraciət edib.

Yaxın günlərdə o yenidən hakim qarşısına çıxarılacaq.

Qeyd edək ki, ötən il Vüsal Nuriyev Yardımlı rayon Polis əməkdaşları tərəfindən saxlanılıb. Ondan 3 bükümdə ümumi çəkisi 2 kiloqram 610 qram olan narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Müəyyən edilib ki, narkotik vasitə Yardımlı rayonu ərazisinə İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirilib.

Xəbərin olsun:  Azərbaycanda mikroavtobus qəzaya düşdü: Ölən və yaralılar var

Xatırladaq ki, “Krıtı Vüsal” kriminal aləmdə böyük nüfuza malikdir. Dəfələrlə məhkumluq həyatı yaşamış Nuriyev cəza çəkdiyi müəssisələrdə “vəziyyət”ə baxıb. Onu da qeyd edək ki, V.Nuriyev mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın adamı olub.

Загрузка...