Məktəbdə intihar edən şagirdlər – Təhsil eksperti statistikanı AÇIQLADI

elm Manşet SON XƏBƏRLƏR təhsil
Loading...

Son bir neçə il ərzində orta məktəblərin inzibati binasında intihar halları baş verib.

Orman.Az təhsil eksperti Kamran Əsədvun bu yöndə hazırladığı statistikanı təqdim edir:

  1. 11 oktyabr 2018-ci il, nömrəli tam orta məktəbdən 3-cü sinif şagirdi intihara cəhd edib.
  2. 25 fevralın 2015-ci il: Cəlilabad şəhər 7 saylı orta məktəbdə Məktəbin 7-ci sinif şagirdi, 13 yaşlı şagird özünü məktəbin 3-cü mərtəbəsindən atıb.
  3. 4 aprel 2019-cu il Bakı şəhəri 162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Hər 3 hadisə məktəbin 3 cü mərtəbəsində baş verib.
    Bu göstərir ki, bu ciddi siqnaldır. Yəni təzyiqə məruz qalan hər kəs edə bilər. Bunun üçün məktəblərdə psixoloji dəstək gücləndirilməlidir. Şagirdlər arasında aqressiv münasibətlər var.
    Baş verən hadisələrdən sonra, Təhsil nazirliyinə təklif edirəm ki, bütün yüksək mərtəbəli məktəblərə tələb qoysun ki, yuxarı mərtəbələrdə pəncərə bağlanmalı, açıq yer olmamalıdır.
    Məktəblərdə ilkin tibbi yardımın göstərilməsi yaxşı səviyyədə təşkil olunmayıb bunu aradan qaldırmaq lazımdır.
    Burda tənəffüs vaxtı koridorlarda, xüsusi ilə yuxarı mərtəbələrdə müəllimlər növbətçi kimi dayanmalıdır.
    Yenidən orta məktəblərdə psixoloq xidməti öz aktuallığını gündəmdə gətirir ki, bununla bağlı artıq lazımı addımı atmaq lazımdır.
    Vəfat etmiş şagirdə Allahdan rəhmət diləyirəm. Uşaqlar ölməməlidir.
    Məktəb bilik almaq, elm öyrənmək, tərbiyələnmək yeridir, ölmək yox
Загрузка...