Məcburi köçkünlərin dövlət komissiyasında qəbulu keçirildi

Məlumat SON XƏBƏRLƏR
Loading...

Martın 19-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu olub.
Dövlət Komitəsinin sədri Rövşən Rzayev, sədr müavinləri, aparat rəhbəri, şöbə və departament rəhbərləri vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyiblər.
Qəbula gəlmiş məcburi köçkünlər, əsasən, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq, status, kommunal xidmətlər, vahid aylıq müavinətin təyin edilməsi ilə əlaqədar müraciət ediblər. Müraciətlərdə qaldırılan məsələlərin araşdırılacağı və qanunvericiliyə uyğun şəkildə həll ediləcəyi bildirilib.
Qeyd olunub ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həlli, onların mənzil şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Minlərlə məcburi köçkün bu il Novruz bayramını tam təmirli rahat mənzillərdə qarşılayır. Yüz minlərlə məcburi köçkünün aldığı vahid aylıq müavinətin məbləği isə, dövlətimizin başçısının sərəncamı ilə aprelin 1-dən 50 faiz artırılır. Bu ilə daha çox sayda məcburi köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulub. Hazırda Bakı şəhərində və bölgələrdə onlar üçün yeni yaşayış komplekslərinin və qəsəbələrin tikintisi davam etdirilr.
Məcburi köçkünlərin problemlərinə daim həssaslıqla yanaşan Birinci vitse-prezident xanım Mehriban Əliyevanın tapşırığının icrası məqsədilə, yeni istifadəyə veriləcək yaşayış komplekslərində mənzillərə birinci növbədə, məskunlaşma şəraiti ən ağır olan ailələr köçürüləcəklər.
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu Novruz tətilindən sonra keçiriləcəkdir.

Загрузка...