Lukoşenko Mehriban Əliyevanı təbrik etdi

Siyasət SON XƏBƏRLƏR
Loading...

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik məktubu ünvanlayıb.

Orman.Az -ın məlumatına görə, məktubda deyilir:

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Zati-aliləri Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban Arif qızı.

Beynəlxalq Qadınlar Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Xəbərin olsun:  Prezident Azərbaycanı “ASAN”laşdırır – ŞƏRH

Sizə xas olan xeyirxahlıq, ziyalılıq və mühüm dövləti məsələlərin həllinə müdrik yanaşma həqiqətən heyranlıq doğurur.

İnanıram ki, Sizin siyasi və ictimai fəaliyyət təcrübəniz Belarus-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlıq prinsipləri əsasında bundan sonra da inkişafına hərtərəfli kömək edəcək.

Hörmətli Mehriban Arif qızı, Sizə səmimi qəlbdən cansağlığı, xoşbəxtlik və məsul vəzifənizdə uğurlar arzulayıram.

Xəbərin olsun:  Nazir əmr imzaladı: İcra başçısı həbs edilən rayonun polis rəisi İŞDƏN ÇIXARILDI

Hörmətlə,

Aleksandr Lukaşenko

Belarus Respublikasının Prezidenti

Загрузка...