Lotu Qulinin cənazəsi ailəsinə təhvil verildi – Video

Məlumat
Loading...

Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbaycanlı qanuni oğru Nadir Səlifovun cənazəsi ailəsinə təhvil verilib.

Musavat.com  xəbər verir ki, Lotu Qulinin tanışları morqun önünə toplanıb.

Türkiyə mətbuatı cənazənin İstanbula aparılıb orada dəfn ediləcəyini yazıb. Lakin qanuni oğrunun Bakıda, Bakıxanov qəbiristanlığında dəfn ediləcəyinə dair məlumatlar var.

Nadir Səlifovun yaxını Bəxtiyar Muradov jurnalistlərə, “Türk dövləti günahkarlarını mütləq tapacaq. Vuran da nəzarətdədir, sürücü də nəzarətdədir. Başqa bir şey haqqında danışmaq istəmirik”, – deyə bildirib.

Xəbərin olsun:  İşsiz olan bu şəxslər üçün kiçik bizneslər yaradılacaq
Загрузка...