Kürdə batan şəxsin meyiti tapıldı – YENİLƏNİB

Sosial
Loading...

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Salayev Xəyal Zakir oğlunun axtarışları başa çatıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

X.Salayevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbərin olsun: 

13:41

Kür çayının Neftçala rayonu, Aşağı Surra kəndi ərazisindən keçən hissəsində bir nəfər batıb.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Загрузка...