Küçədə qucaqlaşan “naməhrəm” cütlüyü şəhər meydanında şallaqladılar – FOTO

Hadisə
Loading...

Küçədə qucaqlaşarkən tutulan cütlük insanların gözü qarşısında cəzalandırılıb.
Onlarla insan Bande Aceh şəhərindəki mərkəzi meydana yığışaraq cütlüyün cəzalandırıldığı anları mobil telefonla kameraya çəkiblər.
Hadisə İndoneziyanın Aceh vilayətinin Bande Aceh şəhərində baş verib. Ölkənin qanunlarına görə ictimai yerdə qucaqlaşmaq cinayət sayılır.
Sevgililər küçədə səmimi anlar yaşadığına görə onlara 29 şallaq vurulub.
18 yaşlı qız və sevgilisi zorla meydanın mərkəzində qurulan səhnəyə çıxarılaraq insanların gözü qarşısında şallaqlanıb.
Ağ hicab geyinən qız gözlərini yumaraq hind qamışından hazırlanmış çubuqla döyülüb.
Qeyd edək ki, İndoneziyanın bu şəhərində 2005-ci ildən yüzlərlə insan şallaqlanıb. Burada ailə qurmadan qucaqlaşan, səmimi anlar yaşayan cütlüklər sərt şəkildə cəzalandırılırlar.(milli.az)

Küçədə qucaqlaşan "naməhrəm" cütlüyü şəhər meydanında şallaqladılar - FOTO

Загрузка...