Koronavirusun ağır gedişatını proqnozlaşdırmağın yolları açıqlanıb

Manşet
Loading...

Xəstədə koronavirus infeksiyasının ağır gedişatı ehtimalını qiymətləndirmək üçün xəstəliyin başlanğıcında iki test aparılmalıdır.

Söhbət PZR (xəstəliyi oyadan genomunu göstərən polimeraz zəncirvari reaksiya) və İFA-dan (immunoferment analiz və ya anticism üçün analiz) gedir.

“İzvestiya”nın məlumatına görə, bu barədə Çinin Hubey əyalətində Elm və İncəsənət Universitetinin alimləri bildiriblər.

Xəbərin olsun:  Ələt-Astara yolunun bu məsafəsi pullu olacaq - Rəsmi AÇIQLAMA

Araşdırmalar zamanı xəstəliyin ağır mərhələsində olan pasiyentlərdə bədənin infeksiyaya qarşı mübarizə aparmasına imkan verən IgM tipli anticismlərin gec istehsal edildiyi qənaətinə gəlinib. Bu anticismlər koronavirus xəstələri üçün tipikdir, lakin test onları yoluxmuşların yalnız 82,2 faizində aşkar edir. Qalanları isə xəstəliyi daha ağır keçirir və intensiv terapiya palatasına yerləşdirilirlər.

Beləliklə, COVID-19-un ağır gedişatını ardıcıl olaraq iki testi keçirməklə proqnozlaşdırmaq olar: İnfeksiyanın mövcudluğunu, daha sonra isə ona qarşı anticismlərin olub-olmamasını müəyyən etməklə.

Xəbərin olsun:  "Təmiz işləyin ki, vicdanınız rahat olsun" - İlham Əliyev

Bundan əvvəl ABŞ-da yerləşən məşhur Klivlend klinikasının alimləri testdən keçmədən koronavirus infeksiyasını proqnozlaşdırmağı və müvafiq diaqnoz qoymağı öyrəndiklərini açıqlamışdılar.

Загрузка...