Koronavirusa yoluxan məşhur aktyorun ayağı amputasiya olundu

şou-biznes
Loading...

Koronavirusa yoluxan Toni mükafatı laureatı, tanınmış aktyor Nik Korderonun ayağı amputasiya olunub.

CNN xəbər verir ki, virusa görə vəziyyəti ağırlaşan aktyor sağ ayağından əməliyyat olunub. 

Arvadı Amanda Kluts ərinin iki həftədən artıq virusla mübarizə apardığını deyib. Onun sözlərinə görə, N.Korderonun qəbul etdiyi dərmanlar onun qan təzyiqinə pis təsir edib, ayağında qanın laxtalanmasına, bağırsaqlarında daxili qanaxmaya səbəb olub.

Aktyorun vəziyyəti cərrahi əməliyyatdan sonra yaxşılaşmağa başlayıb. Dostları xəstəxana xərclərini öz üzərilərinə götürüblər. A.Kluts sosial hesabından dəstək olan hamıya təşəkkürünü bildirib.

Загрузка...