Koronavirus ilə bağlı son vəziyyət açıqlandı – 9 NƏFƏR DƏ VƏFAT EDİB

flash Manşet
Loading...

Son 24 saatda Azərbaycanda 542 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 465 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 21 916 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 13 100 nəfər müalicə olunaraq sağalıb, 274 nəfər vəfat edib, 8542 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Xəbərin olsun:  Milli Məclisin növbədənkənar sessiyası BAŞA ÇATDI

Bu gün 7355 koronavirus testi aparılıb.

Xatırladaq ki, 07 iyulda 537 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

Загрузка...