“Könüllü Ağdama köçmək istəyən var?” sualına düşünmədən “Bəli” cavabını verən qəhrəmanı siz də tanıyın – FOTO

Manşet SON XƏBƏRLƏR Sosial
Loading...

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev könüllü olaraq Ağdam rayonuna köçmək istəyən məcburi köçkünlərə müraciət edib.

Orman.Az xəbər verir ki, Rövşən Rzayevin “Burada könüllü olaraq Ağdam rayonuna köçmək istəyən var?” sualına Kəmaləddin Ağamirzəyev adlı məcburi köçkün düşünmədən “Bəli” cavabını verib.

Ağdamdan olan Ağamirzəyev Kəmaləddin Əbülhüseyn oğlu 1992-ci ildə doğulub. O, ailəsi ilə birlikdə bu vaxta qədər Nərimanov rayonundakı yataqxanada məskunlaşıb.

Komitə sədri həmin məcburi köçkünün ad-soyadını və əlaqə telefonunu qeyd edərək tezliklə onunla əlaqə saxlayacağını və onun Ağdam rayonunun işğal olunmamış ərazilərindən birində müasir standartlara uyğun şəkildə inşa olunacaq evlə təmin ediləcəyini bildirib.

Komitə sədri könüllü olaraq Ağdama köçmək istəyən məcburi köçkünlərin həmin rayonda dövlət tərəfindən tikiləcək mənzillərdə yerləşdiriləcəyini deyib.

Загрузка...