KİV: Bakıdakı “Formula-2” yarışının vaxtı açıqlandı

İdman Manşet
Loading...

Koronavirus pandemiyası səbəbindən startı gecikən “Formula-1” yarışlarının 2020-ci il mövsümü üçün təqvimi dərc edilib.

Oxu.Az “Autosport”a istinadən xəbər verir ki, 12 mərhələdən ibarət “Formula-1” yarışlarına iyul ayında Avstriya mərhələsi ilə start veriləcək.

Azərbaycan və Rusiya Qran-Prilərinin hələlik keçiriləcəyi vaxt bəlli deyil. Amma “Formula-2” yarışının 19-20 sentyabr tarixlərində Bakıda keçiriləcəyi ehtimal olunur.

Yarışlarda azarkeşlərin iştirakı isə sual altındadır.

Xəbərin olsun:  SON DƏQİQƏ! Azərbaycanda xüsusi karantin rejiminin müddəti UZADILIR

2020-ci il üçün hazırlanmış təqvimi diqqətinizə çatdırırıq:

4-5 iyul – Red Bull Rinq (Avstriya)

11-12 iyul – Red Bull Rinq (Avstriya)

25-26 iyul – Silverstoun (Böyük Britaniya)

1-2 avqust – Silverstoun (Böyük Britaniya)

8-9 avqust – Hokenheym (Almaniya) və ya Barselona (İspaniya)

22-23 avqust – Hunqarorinq (Macarıstan)

29-30 avqust – Spa (Belçika)

5-6 sentyabr – Montsa (İtaliya)

Xəbərin olsun:  Pakistan Prezidenti İlham Əliyevi təbrik edib

19-20 sentyabr – Bakı (Azərbaycan, yalnız “Formula-2”)

26-27 sentyabr – Soçi (Rusiya, yalnız “Formula-2”)

5-6 dekabr – Bəhreyn

12-13 dekabr – Yas Marina (BƏƏ)

Qeyd edək ki, bir müddət əvvəl Almaniyanın “Bild” nəşri də öz mənbələrinə istinadən təqvim dərc etmişdi. Azərbaycan Qran Prisinin həmin təqvimdə daha tez – 5-6 sentyabr tarixlərində keçiriləcəyi bildirilirdi.

Загрузка...