Kimdə baş verən pozuntularla bağlı görüntülər varsa, MSK-ya təqdim etsin

Manşet Sosial
Loading...

“İmkanlarımız nəyə çatırsa, onu da edəcəyik”

Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın “Qaynar xətt”inə 261 müraciət daxil olub. AYNA xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

 M.Pənahovun sözlərinə görə, müraciətlərə baxılacaq və araşdırılacaq: “Mən xoşagəlməz halların baş verməsini hiss edib, MSK-ya müraciət edənlərə minnətdarlığımı bildirirəm”.

Ancaq MSK sədri bildirib ki, seçkilərlə bağlı MSK-ya rəsmi müraciət daxil olmayıb: “Daxil olan müraciətlərə həddindən artıq ciddi şəkildə baxılacaq və qərarlar qəbul edəcəyik. İmkanlarımız nəyə çatırsa, onu da edəcəyik”.

Xəbərin olsun:  Lisenziyası alınan və ləğv prosesi olan banklarda nöqsanlar aşkarlandı - RƏSMİ

“Gün ərzində bizə bəzi dairələrdə ciddi pozuntularla bağlı müraciətlər daxil olub. 33 saylı Xətai birinci seçki dairəsindən, 35 saylı Xətai üçüncü seçki dairəsindən, 60 saylı Salyan-Neftçala seçki dairəsindən və digər dairələrdən MSK-ya ciddi qanun pozuntuları ilə bağlı məlumatlar daxil olub”, – deyə M.Pənahov bildirib.

Məzahir Pənahov məntəqələrdə baş verən pozuntuları özündə əks etdirən görüntülərlə bağlı əhaliyə müraciət edərək bildirib: “Əgər kimdəsə məntəqələrdə baş verən pozuntularla bağlı görüntülər varsa, onu bizə təqdim etməyə çəkinməsinlər. Ona görə də hər bir vətəndaş əlində olan bütün faktları gecikmədən Mərkəzi Seçki Komissiyasına göndərməlidir”.

Загрузка...