“KİA” beton lövhəyə çırpıldı: 1ölü, 1 yaralı – Kürdəmirdə ağır qəza – FOTOLAR

Hadisə Manşet
Loading...

Kürdəmir rayonunda ağır yol qəzası baş verib.

Hadisə Bakı-Qazax yolunun rayonun Sığırlı kəndindən keçən hissəsində qeydə alınıb.
Sürücü “KİA” markalı avtomaşınla Gəncə istiqamətində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə avtomaşın yoldan çıxaraq yolun kənarındakı beton lovhəyə çırpılıb. Zərbənin təsirindən sürücü hadisə yerində keçinib. Avtomobildə sıxılıb qalmış ağır xəsarət alan sərnişin isə xilasedicilərin köməyilə avtomobildən çıxarılıb. Müxtəlif növ bədən xəsarəti alan sərnişin isə “təcili yardım” avtomobili ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Qəzada ölən və yaralananların adları da artıq məlumdur.

Xəbərin olsun:  Spikerdən deputatlara karantin TƏLƏBİ

Sürücü Sumqayıt şəhər sakini Aslan Qəhrəmanov aldığı xəsarətlərdən yerindəcə keçinib.

Avtomobildə olan sərnişin, Gəncə şəhər sakini, 1982 ci il təvəllüdlü Xəyalə Ziyad qızı Rəhimova deformasiyaya uğrayan avtomobildə sıxılaraq ağır bədən xəsarətləri alıb.

Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən qadın sərnişinin vəziyyətinin ağır olduğu bildirilir.(report)

Загрузка...