Kamran Əliyevdən yeni TƏYİNAT – ÖZƏL

Sosial
Loading...

Prokurorluq orqanlarında kadr dəyişikliyi olub.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Günay Məmmədli Bakı şəhəri Nizami rayon prokurorunun müavini vəzifəsinə təyin edilib.

O bundan öncə Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində prokuror vəzifəsində çalışıb.

Faktı Oxu.Az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Xəbərin olsun:  Sabah Azərbaycanda şimşək çaxacaq, leysan yağacaq, dolu düşəcək

Xatırladaq ki, prokurorluq orqanlarında son dövrlər aparılan kadr islahatları zamanı xanım əməkdaşların təyinatı diqqət çəkir, gender bərabərliyinin qorunması müsbət qarşılanır.

Загрузка...