Kamil Musavi işlətdiyi söyüşdən DANIŞDI – Rəqibinin yeni videosunu yaydı

flash Məlumat SON XƏBƏRLƏR
Loading...

Salyan-Neftçala seçki dairəsindən deputatlığa namizədlər AVP sədri Fəzail Ağamalı ilə qazi Kamil Musavi arasında gərginlik yaranıb. Görüşdə K.Musavi qeyri-etik söz işlədib.

Məsələ ilə bağlı Unikal.org-a açıqlama verən qazi qeyri-etik söz işlətdiyini təsdiqləyib:”Mən emosiolara qapılıb oradakı sözü işlətmişəm. Niyə oradakı məktəb müəllimlərinin etdiyi qanunsuzluqlardan demirlər. Kamilin bir sözündən danışırlar. Məktəbdə dərsi qoyub müəllimləri digər namizədin görüşünə aparırlar. Orada vətəndaşları döyüb, telefonlarını sındırırlar. Bu barədə ekspertə və polisə müraciət etmişik. Bunlardan niyə demirlər? K.Musavi aksiyada iştirak edənlərin içkili olması ilə bağlı iddialara da cavab verib: 

Xəbərin olsun:  Prezident İlham Əliyev fərman imzalayıb - SİYAHI

“Orada içkili kim olub? Gəlib göstərsinlər. İçkili adam onun öz ətrafında ola bilər. Bizim ətrafımızda olan camaat sağlam və dövlətçiliyi sevən adamlardır. Ürəyi hara istəyir şikayət etsin. Demokratik ölkədə yaşayırıq. Bir nəfər döyülüb, iki nəfərin də telefonu qırılıb. Fəzail Ağamalının köməkçisi adamları döyürdü. Bundan başqa orada adam döyənlər arasında müəllimlər və direktor da olub. Bununla bağlı polisə də müraciət etmişik”.

Xəbərin olsun:  QMİ-dən Həcc ziyarəti açıqlaması - Koronavirus təhlükəsinə görə
Загрузка...