Jurnalistlərin binası ilə bağlı araşdırma başladı

Cəmiyyət SON XƏBƏRLƏR
Loading...

Jurnalistlər üçün nəzərdə tutulan mənzillərin ədalətsiz bölgüsü ilə bağlı Prezident İlham Əliyevə müraciət edən bir qrup media işçisi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə çağırılıb.

Müraciətə imza atan 31 media işçisi ayrı-ayrılıqda idarədə dindirilir.

Axar.az xəbər verir ki, Korrupsiyaya qarşş Mübarizə İdarəsinə çağırılan jurnalistlər Criminal.az-a onlara Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan (KİVDF) yardım alan qəzetlərə pulun düzgün bölüşdürülməməsi, fondun keçirdiyi müsabiqədə əsasən eyni adamlara birinci yerlərin verilməsi, jurnalistlər üçün nəzərdə tutulan binalarda mənzillərin bölgüsündə hansı qanunsuzluqların olması barədə suallar verildiyini deyiblər.

Xəbərin olsun:  “Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir

Korrupsiya İdarəsinə çağırılan jurnalistlər Prezidentin sabiq köməkçisi Əli Həsənov, KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli və Mətbuat Şurasının sədri Əflatun Amaşova cinayət işinin başlanmasını istisna etməyiblər.

Media işçilərinin ölkə başçısına müraciətlərində qeyd olunurdu ki, Prezident Adminstrasiyasının keçmiş ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənov, Vüqar Səfərli başda olmaqla, əlaltıları vasitəsilə vəzifələrindən ancaq onların hüquqlarını tapdalamaq və haqlarını mənimsəmək üçün istifadə ediblər.

Загрузка...