“İtmiş Horizont” haqqında MARAQLI FAKTLAR

ədəbiyyat Manşet SON XƏBƏRLƏR
Loading...

ABŞ məşhur rejissorlarından biri Frank Kapranın “İtmiş Horizont” filmi dünya kinosunda özünəməxsus yer tutur. Rejissor özünün “Bir gecə baş verdi” filmini çəkərkən o dönəmki bestsellerlər müəllifi Ceyms Hiltonun “İtmiş Horizont”romanını oxumuş, bəyənmiş və bu əsəri ekranlaşdırmaq qərarına gəlmişdi.

Dünyada utopiya ilə bağlı müxtəlif fikirlər söylənib. Tomas Mor “Utopiya” əsərində bunun təsvirini verib. Həyatda az qala hər bir şəxs rahat müharibələrdən, çəkişmələrdən, uzaq bir məkanı tapmaq arzusunda olur.“İtmiş Horizont” filmi utopiyanın var olmasını göstərən ekran əsəridir. Bununla yanaşı filmdə sivlizasiyaların qarşılaşması propleminə də toxunulur. Film bu baxımdan da qiymətlidir.

Filmdəki hadisələr 1935-ci ildə Çində vətəndaş müharibəsi zamanı baş verir. İngiltərə xarici işlər nazirliyi işçisi Robert Konvey ( Ronald Kolman ) öz qardaşı və digər ingilisləri xilas etmək üçün onları təyyarəyə mindirir. Lakin onlar çinliləri xilas etmək istəmirlər. Burada biz yuxarda qeyd etdiyimiz sivlizasiya propleminə bir baxış tərzi görürük. Müxtəlif təfəkkürlü insanların toplaşdığı təyyarənin pis surpriz nəticəsində qaçırılması, Şanxaya yox naməlum yerə istiqamət alması filmdəki hadisələri maraqlı məcrayə yönəldir. Belə ki, hər kəs narahat olsa da, diplomat Robert Konvey ciddi gərginlik keçirmir və bu zaman “Sülhə çağıran yuxu görürdüm” deməsi onu filmin idealist qəhrəmanı kimi ortaya çıxarır.

Sərt havada təyyarənin qəzaya uğraması ingilisləri çətin duruma salır. Pilot öldükdən sona çarəsiz qalan insanları fərqli sivlizasiya nümayəndələri xilas edir. Bu zaman təbiətdəki qalıqlarla məşğul olan Aleksandr Lovettin ( Edvard Evertt Horton ) “Bu şəxslər adamyeyəndir?” sualını verməsi insanlarda olan güvənsizliyi və fərqli sivlizasiyalara olan şübhəli münasibətin ifadəsidir.

Təyyarədəki şəxslər xilas olduqdan sonra Şanq-Lay adlanan möcüzəli və fövqəladə bir yerə gəlib çıxırlar . Bundan sonra macəra janrında olan filmin dramatik məqamları başlayır.Burada dünya nemətləri uğrunda çarpışmayan, öz nəfslərinə düşkün olmayan insanlar yaşayırlar. Bura bir növ utopik məkana yaxın mərkəzdir. Böyük Lama qonaqları qarşılayır. Robert Konvey bu məkana gələn kimi artıq oranın cazibəsinə qapılır. Bu xüsusən orada yaşayan Sondra Biretə ( Ceyn Veyt ) görə olur. Sevgi faktoru bu məqamda da sözünü deyir.Lakin qardaşı Corc , təbiətşünas Aleksandr, hikkəli Mariya burada qalmaq istəmirlər. Onlar tezliklə Londona getmək istəyirlər.Robert Konvey öz qardaşı və digər yurddaşlarından onunla fərqlənir ki, bu məkan ona doğma görünür Robert Konveyin bəşərilyini əks etdirir.

Robert Konvey Böyük Lamadan hansı dinə inandıqlarını soruşduğu zaman “Mülayimlikdir” cavabını alır. O heç nədə həddlərini aşmadıqlarını, bunun hətta ifrat fəzilətli olmağa da aid olduğunu söyləyir. Bu zəki cavab Konveyin çox xoşuna gəlir. Bu cür din anlayışı Şanq-Lyandakı idealist düzənə yaxın quruluşun yaranmasına səbəb olub.
Hambalların gəlişinə ümid bağlayıb xilas olmaq istəyən digər şəxslər R.Konveydən nə gedəcəkləri ilə bağlı səbirsizliklə cavab gözləyirlər. Xüsusən Robert Konveyin qardaşı bu işdə çox israrlı davranır. Baş Lama Konveyə bunun daha böyük dərəcədə olan Lamadan öyrənə biləcəklərini söyləyir.
Robert Konvey Peder Perrautla görüşür bu zaman filmin fantastik epizodları başlayır. Fövqəladə şəxs olan buraya iki yüz il öncə gəlib. Perraut Konveyə onun fikirlərindən xəbərdar olduğunu və oradakı cəmiyyətin üzvü olan Sondra Biretin təşəbbüsü ilə gəldiyini söyləyir. Peder Perraut silahlanmanın, acgözlüyünün pis nəticələri barədə fikirlərini bölüşür. Bununla yanaşı güclülərin hər kəsi yox etdikdən sonra xristian əxlaqının qalib gələcəyini söyləməsi xristan mərkəzli mədəniyyət anlayışının təbliğini göstərir.Onun əsas məqsədi isə Robert Konveyi bu əsrarəngiz məkanın baş Laması olmasıdır. O Robert Konveyə öz vəsiyyətini edərək dünyasını dəyişir.Bununla Robert Konveyə Şanq-Layın taleyi tapşırılır. Biz bununla təyyarənin qəzaya uğramasından başlanmış, Robert Konveyin idealist fikirlərinə qədər hər bir hadisənin səbəbsiz olmadığını anlayırıq. Robertin səbirlə və açıqürəkliliklə bu məkana münasibət göstərməsi onun üzərinə bəşəri sülh misiyyasının qoyulması ilə nəticələnir. XX əsrin ingilis diplomatının üzərinə belə bir misiyyanı daşımalı olması sənətin həyata idealist münasinətinin bir təzahürüdür.

Bundan sonra Robert Konveyin səbirsiz qardaşı ilə münasibətləri gərginləşir. Corc Konvey ( Con Hovard) qardaşını ağlını itirmiş qoca lamaların hipnozu təsirinə düşməkdə ittiham edir. Uzunmüddətli mübahisələrdən sonra Robert Konvey Şanq –Layı tərk etməyi qərara alır. Lakin yol boyu üzləşdikləri aqibət Corcun çarəsizlikdən ağlını itirərək, özünü uçurumdan atması ilə nəticələnir. Biz burada Robertin timasalında səbrin qalib gəlməsinin şahidi oluruq. Robert Konvey Şanq-Laya geri qayıda bilir və keçmiş diplomat insanların arzu etdiyi utopik məkanında özünün üzərinə qoyulan misiyyanın dalınca gedir.
“İtmiş horizont” filmi hər zaman öz qiymətini alan ekran əsəri olub. ABŞ jurnalisti və ssenaristi Frank Nurgent filmi “müəyyən rejissor klişələrinə rəğmən gözəl səhnələrlə zəngin, böyük macəra filmi” kimi qiymətləndirmişdi. Filmə olan maraq onun 1973-cü ildə təkrar ekranlaşdırılmağına səbəb olmuşdu.
Film 2016-cı ildə ABŞ Milli Film Registrasiyası tərəfindən “sənət, tarixilik və estetik” baxımdan abidə kimi qorunmaya alınıb.

Ceyhun Mirzəli

Загрузка...