İtkin düşən futbolçunun meyiti tapıldı

Hadisə İdman SON XƏBƏRLƏR
Loading...

Uelsin “Kardiff” futbol klubunun yeni transferi Emiliano Salanın da içində olduğu təyyarədən tapılan cəsədin kimliyi müəyyən edilib.Tibbi ekspertiza qərara gəlib ki, ölən şəxs futbolçu Saladır. İngiltərə polisi faktı təsdiqləyib. 

Qeyd edək ki, Fransanın “Nant” klubundan “Kardiff Siti”yə keçən Emiliano Sala yanvarın 21-də komanda yoldaşları ilə sağollaşaraq xüsusi təyyarə ilə Uelsə yola düşüb. Ancaq təyyarə ünvana çatmasına 1,5 saat qalmış radarlardan itib. Axtarış qrupu təyyarəni La Manş boğazından tapıb. (azvision.az)

Xəbərin olsun:  “Bandotdel” vəzifəli şəxslərə qarşı əməliyyat keçirir

Загрузка...