“İtirdiyim xoşbəxtlik” özbəkcə nəşr olundu

flash
Loading...

“İtirdiyim xoşbəxtlik” (“Qarabağ hekayələri” silsiləsindən) adlı kitabın özbəkcə nəşr olunması ilə qardaş ölkə ictimaiyyətinin daha geniş bilgilənməsinə müəyyən qədər xidmət etmiş olacağıq.

Kult.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva kitabın özbəkcə nəşr edilməsinə münasibət bildirərkən deyib.

Millət vəkili antologiyanın Özbəkistanda və Azərbaycanda geniş təqdimatının keçiriləcəyini, bunun qlobal pandemiyadan irəli gələn və hər iki ölkədə qüvvədə olan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra baş tutacağını deyib:

“Qardaş Özbəkistan xalqı və dövləti Azərbaycanın haqlı mövqeyini həmişə müdafiə edir və biz 12 iyulda Tovuza düşmən hücumları baş verərkən bunun bir daha şahidi olduq.

Antologiyada yer alan hekayələrin oxucuların marağına səbəb olacağına, bununla da yeni münasibətlərin, əməkdaşlıqların yaranacağına inanırıq”.

Qeyd edək ki, görkəmli özbək professoru, türkoloq Babaxan Şərif gələcəkdə ikinci cildinin də nəşri planlaşdırılan kitaba “Təqdim” yazısı yazaraq, Azərbaycan həqiqətləri, bu həqiqətlərin bədii ədəbiyyatda inikası, habelə iki qardaş ölkənin daha da doğmalaşmasında və sarsılmaz dostluğunda ədəbiyyatın mühüm rolu barədə fikirlərini bölüşüb.

Yeni nəşrdə yer alan hekayələri özbəkcəyə istedadlı gənc şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Şahistə Artukova (Kamranlı) uyğunlaşdırıb.

Загрузка...