İstanbulda mühüm görüş keçiriləcək

Manşet SON XƏBƏRLƏR
Loading...

Ərdoğan-Putin görüşündə əhəmiyyətli məsələlər müzakirə olunacaq

Bu gün Rusiya Prezidenti Vladimir Putin Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla görüşür. Dünya ABŞ-İran gərginliyinə şahid olarkən, İstanbul görüşünün iki ölkə üçün əhəmiyyətli olduğu bildirilir.

AYNA Türkiyə mediasına istinadən xəbər verir ki, görüşün məqsədi Rusiya təbii qazını Türkiyə və Avropaya daşıyacaq “Türk Axını” layihəsinin imzalanmasıdır. İmzalanma mərasimində iki ölkə rəhbərləri ilə yanaşı Serbiyanın Baş Naziri Boyko Borisov da iştirak edəcək.

Xəbərin olsun:  Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək

Məlumatda o da qeyd olunur ki, Rusiya və Türkiyə liderləri layihənin reallaşdırılmasına dair sənədi imzaladıqdan sonra ayrıca görüş keçirəcəklər. Görüşdə Yaxın Şərqdə baş verənlər, o cümlədən İdlibdəki vəziyyət də müzakirə olunacaq, atəşkəsin saxlanılmasına çağırış ediləcək.

Загрузка...