“İşçilərin maaşını ödəmək üçün 3 maşınımı satmışam” – Emin Ağalarov

Mədəniyyət SON XƏBƏRLƏR
Loading...

Azərbaycanın Xalq artisti, Rusiyanın “Crocus Group” şirkətlər qrupunun vitse-prezidenti Emin Ağalarov iqtisadi problemlərdən danışıb. 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, iş adamı holdiqin 15 min işçisinə məvacib vermək üçün 3 avtomobilini satdığını bildirib.

“İşçilərin maaşlarını vermək üçün şəxsi qarajımdan 3 avtomobil satmışam. Amma sonuncu maşınlarımı da satsam, bu işçilərin məvacibibi heç 10%-i etməyəcək”.

Emin Ağalarov pandemiya şəraitində “Crocus Group”a məxsus ticarət mərkəzlərinin əksəriyyətində icarədarlara güzəştə getdiklərini, holdinqin işçiləri arasında da maaşların azalmasına baxmayaraq, ixtisarlardan yayına bildiklərini əlavə edib.

Xəbərin olsun:  DTX XİN-dəki əməliyyatla bağlı məlumat yaydı: Üç vəzifəli həbs edilib

O, şirkətin konset zallarının, kafe və restoranlarının bağlı olduğunu, sərgi zalının isə koronviruslu xəstələr üçün ayrıdlığını əlavə edib. Ağalarov dövlətin sərgi zalında xəstələrin yerləşməsi üçün Crocus Gropu-a 1 milyard rubl vəsait ödəməsinə rəğmən, bunun onlara qazanc gətirmədiyin vurğulayıb.

“Biz gəlirlərimizin 90%-ni itirsək də, xərclərimiz azalmayıb. Hər ay, hər gün ziyaha işləyirik. Hətta, bütün obyektlər açılsa da, bizim icarədarlar ilk vaxtlar bizə ödəniş edə bilməyəcək”.

Xəbərin olsun:  39 dərəcə isti olacaq - PROQNOZ

Xatırladaq ki, Crocus Group-un sahibi Araz Ağalarov Forbes jurnalının məlumatına görə, 1,7 milyard dollar sərvətə malikdir. Şirkətin əmlakı sırasına okeanarium, “Vegas” ticarət-əyləncə mərkəzi, “Crocus Siti Moll” ticarət mərkəzi, konsert zalları, restoranlar, fitnes-mərkəzləri, yaşayış kompleksləri, “Jara” mediaholdinqi, “Crocus Expo” sərgi mərkəzi və s. daxildir.

Загрузка...