İranda orta məktəblərdə dərslər bərpa edilir

Dünya
Loading...

İran hökumətinin nümayəndəsi Əli Rabii bildirib ki, ölkədə may ayının 16-dan orta məktəblərdə dərslərin bərpa edilməsi nəzərdə tutulur.

“RİA Novosti” xəbər verir ki, Ə.Rabii bu barədə IRINN telekanalına müsahibəsində bildirib.

Hökumət sözcüsü əlavə edib ki, orta ixtisas təhsil müəssisələrinin açılmasına icazə verilsə də, məktəblərdə keçirilən dərslərdə şagirdlərin iştirakı məcburi olmayacaq.

Xəbərin olsun:  Türkiyədə xüsusi təyinatlı zabitlər qəzada həlak oldu

Qeyd edək ki, İranda 107 603 nəfərin COVID-19 virusuna yoluxduğu aşkar edilib. 6 640 xəstə bu xəstəliyin qurbanı olub.

Загрузка...