İranda daha 57 nəfər koronavirusdan öldü

Dünya
Loading...

İranda koronavirusa yoluxanların sayı artıb.

Bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə daha 1 787 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 139 511-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 57 nəfər artaraq 7 508 nəfərə yüksəlib.

O, həmçinin 2 567 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Xəbərin olsun:  Ermənistanın yaxın aylarda ölkədaxili sosial partlayışla üzləşə biləcəyi istisna deyil - TƏHLİL

Bundan başqa, indiyədək 109 437 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb./report/

Загрузка...