“İnternational” BOKT-ın kredit portfeli kəskin artıb

İqtisadiyyat Manşet
Loading...

“İnternational” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 14 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 14 min manat xalis zərərlə çıxmışdı.

Ötən il “International”ın vergiyəqədərki mənfəəti 25 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 11 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Xəbərin olsun:  Bakıda yoluxma niyə sürətlə artır? – Həkim açıqladı

Bu il yanvarın 1-nə “International”ın aktivləri 10,5 milyon manat olub ki, bu da illik müqayisədə 22,5% çoxdur. Bunun 9,4 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 34,4% böyüyüb.

Hesabat dövründə “International”ın öhdəlikləri 24,5% artaraq 9,8 milyon manata, balans kapitalı isə 1,9% artaraq 772 min manata çatıb.

Xəbərin olsun:  Azərbaycanda koronavirusla bağlı yeni sistem yaradıldı

Xatırladaq ki, “International” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. BOKT-un təsisçisi 100% Rifat Həsənovdur. 

©️ Report

Загрузка...