İmamoğlu bu dəfə baldızına görə gündəmdə – “Zəlzələ olub, bizə nə?!”

Sosial
Loading...

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) rəhbəri Əkrəm İmamoğlunun baldızı Ceren Kaya instaqram hesabında qalmaqallı foto paylaşıb.

Xeberekspressaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, İBB rəhbərinin xanımı Dilək İmamoğlunun da yer aldığı fotonu yayan Kaya şəklin üzərində “zəlzələ olub, bizə nə?!” qeydini yazıb. Sözügedən paylaşımı ilə tənqid hədəfi olan Ceren Kaya daha sonra həmin fotonu silərək instaqram profilini gizlədib.

Xəbərin olsun:  Ermənistan ordusunun polkovniki məhv edildi - RƏSMİ

Qeyd edək ki, Ə. İmamoğlu son günlər yanvarın 24-də Elazığda 41 nəfərin ölümü ilə nəticələnən zəlzələdən iki gün sonra ailəsi ilə Ərzurumda yerləşən Palandöken xizək mərkəzinə gedərək dincəldiyinə görə tənqidlərə məruz qalıb.

Загрузка...