İlham Əliyev BMT Baş Assambleyasının yubiley sessiyasında çıxış edəcək

Siyasət
Loading...

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 75-ci yubiley sessiyasında ümumi müzakirələrində çıxış edəcək.

Modern.az BMT-nin İnformasiya Mərkəzinə istinadən xəbər verir ki, 15 sentyabrda Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası sona çatıb və 75-ci yubiley sessiyası start götürüb.

Qeyd edək ki, İlham Əliyev sentyabrın 21-də BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxış edib.

Загрузка...