İlham Əliyev Ərdoğanı qarşıladı – VİDEO

Manşet SON XƏBƏRLƏR
Loading...

Fevralın 25-də Azərbaycana səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəsmi qarşılanma mərasimi olub.

AZƏRTAC xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanı qarşılayıb.

Xəbərin olsun:  Apteklərdə maska alverinin başında kimlər dayanır? - Möhtəkirlik...

Fəxri qarovul dəstəsinin rəisi Türkiyə Prezidentinə raport verib.

Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Türkiyə Prezidenti Azərbaycan əsgərlərini salamlayıb.

Türkiyənin və Azərbaycanın dövlət himnləri səslənib.
Azərbaycanın və Türkiyənin dövlət və hökumət nümayəndələri prezidentlərlə görüşüblər.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Xəbərin olsun:  İlham Əliyev 3 sərəncam imzaladı

<embed src=’https://player.baku.tv/embed/14896′ width=’560′ height=’315′ frameborder=’0′ allow=’autoplay; encrypted-media’ allowfullscreen><embed>

Загрузка...