İkinci 190 manat bu tarixdən veriləcək – RƏSMİ

Manşet Sosial
Loading...

Yaxın günlərdə 600 min şəxsə 190 manat birdəfəlik ödəmənin aprel ayı üçün ödənişləri tam başa çatacaq. Bundan sonra isə may ayı üzrə ödənişlərə başlanılacaq”
Day.az-ın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.
Onun sözlərinə görə, vətəndaşlar ikinci dəfə 190 manat ödənişi bank kartları vasitəsilə alacaqlar ƏƏSMN-nin sifarişi ilə həmin 600 min şəxsin adına banklar tərəfindən tam ödənişsiz olaraq bank hesabları açılacaq. Vətəndaşlar həmin bank kartları vasitəsilə 190 manat ödənişi ala biləcəklər.
“Artıq bu proses başlayıb, həmin şəxslərin adına bank hesabları açılır. Birinci dəfə biz aprel ayının 9-dan biz ödənişləri etməyə başladıq. İkincə dəfə isə 190 manat birdəfəlik ödəmə may ayının 10-dan sonra verilməyə başlanılacaq”.

Xəbərin olsun:  “Facebook”da siyasi reklamlar qadağan edilə bilər

Загрузка...