Məktəblərdə tədris ilinin müddəti müəyyənləşib

Ümumi təhsil müəssisələrində tədris ilinin müddəti təsdiq edilib.Nazirlər Kabinetindən BakuPost.az-a verilən məlumata görə, bu barədə qərarı Baş nazir Əli Əsədov imzalayıb.Qərara əsasən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür: birinci yarımil: 1 oktyabr – 26 yanvar; 2.2.2. ikinci yarımil: 1 […]

Ardını oxu

Kurikulum ləğv edilir? – RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi təhsil proqramı (kurikulum) ətrafında gedən müzakirələr haqqında məsələyə münasibət bildirib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kurikulum nəyi və necə öyrətməyi, həmçinin, qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir. Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır. Proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti […]

Ardını oxu

Azərbaycan məktəblərinə koronavirusla bağlı tapşırıq – Başlanıldı…

Orta məktəblərdə koronavirusla bağlı müvafiq tapşırıqların icrasına artıq başlanılıb. Orman.az-ın məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair əmr verib. Əmrdə bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumtəhsil müəssisələrindən sanitar epidemioloji vəziyyətə […]

Ardını oxu

Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı RƏSMİ AÇIQLAMA

Bir müddət əvvəl paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılıb. Oxu.Az-ın əməkdaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayaraq, məsələ barədə məlumat əldə etmişdi.  Qurumdan bildirilmişdi ki, məsələ araşdırılır.  BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq deyilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə […]

Ardını oxu

Birinci sinfə şagird qəbulu qaydası dəyişdirilir

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət […]

Ardını oxu

V ixtisas qrupunda bu ixtisaslar LƏĞV EDİLDİ – SİYAHI

Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.Yeniavaz.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.Beləliklə, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi  ixtisasları siyahıdan çıxarılıb. […]

Ardını oxu

Şər və Böhtan yazanlara tutarlı cavab – Jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır – İrşad Abbasov – ÖZƏL

İrşad Abbasov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri […]

Ardını oxu

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb. “Report”un məlumatına görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edib. Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib. Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.

Ardını oxu

BDU karantinə alınan çinli tələbə ilə bağlı məlumat yayıb – RƏSMİ

“BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb”. APA xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən verilən məlumatda qeyd olunub. Bildirilir ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. “O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə […]

Ardını oxu

İmtahan müddəti artdı, sual sayı da artacaq? – RƏSMİ CAVAB – ÖZƏL

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək. Ancaq ötən illərdən fərqli olaraq imtahan 3 saat (əvvəl magistraturaya qəbul imtahanının birinci mərhələsi 2,5, ikinci mərhələsi isə 1,5 saat müddətində keçirilirdi) davam edib. Sonra DİM-in sosial şəbəkə hesabından abituriyentlərin suallarına cavab […]

Ardını oxu

Mübariz Mənsimov 150 tələbəyə təqaüd verəcək

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali Holdinq” tərəfindən elan olunmuş II Təqaüd Proqramına müraciət prosesi başa çatıb. II Təqaüd Proqramına əsasən, daha 150 azərbaycanlı tələbəyə təqaüd veriləcək. “Palmali”nin II Təqaüd Proqramına cəlb olunacaq tələbələr arasında seçimdə aşağıda göstərilən 3 kateqoriyadan olan şəxslərə üstünlük verilib: 1) Şəhid ailələrindən olan tələbələrə; 2) Qarabağ müharibəsi veteranlarının ailələrindən olan tələbələrə; 3) Məcburi […]

Ardını oxu

BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarıldı

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.Bununla bağlı müvafiq əmr imzalanıb. Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.  Bundan başqa, BDU-nun Biologiya […]

Ardını oxu

Şagirdlərin tətil günləri başladı

Ümumtəhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili günləri açıqlanıb. Oxu.Az xəbər verir ki, beş günlük qış tətili yanvar ayının 27-dən 31-ə qədər davam edəcək. Beş günlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti yanvarın 25-dən fevralın 2-ə qədər davam etməklə doqquz gün təşkil edəcək. Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-dən, beş günlük tədris həftəsi ilə işləyən […]

Ardını oxu

Müəllimlərdən 200 manat pul yığması direktoru işindən etdi…

53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb.Bu barədə Qaynarinfo-ya sözügedən məktəbdən məlumat verilib. Məktəbdən verilən məlumata görə, məktəbin direktoru Firəngiz Həmidova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb: “Firəngiz xanım vəzifəsindən kənarlaşdırılıb. Yerinə də başqa adam təyin olunub. Hazırda araşdırma aparılır”. Məsələ ilə əlaqədar Qaynarinfo Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında 53 nömrəli […]

Ardını oxu

Azərbaycanda misilsiz saxtakarlıq: Şagird həm Bakıda, həm ABŞ-da təhsil alır – Araşdırma başladı

Bakı şəhəri 53 nömrəli məktəbdə ötən dərs ilində IX sinfi bitirmiş Nigar Bayramlı bu dərs ilində ABŞ-da təhsilini davam etdirir. Bu barədə Oxu.Az-a daxil olan məlumatda qeyd edilib. İddiaya görə, buna baxmayaraq, onun adı 53 nömrəli məktəbin X sinif şagirdi kimi saxlanılıb. Şagirdin adı I yarım ildə sinif jurnalında yazılaraq davamiyyəti qeyd edilib. Məktəbin direktoru Firəngiz Həmidova bunun ciddi saxtakarlıq, […]

Ardını oxu

Azərbaycan məktəblərində 9 gün dərs olmayacaq

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başlayır. Axar.az xəbər verir ki, qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Beşgünlük tədris həftəsi tətbiq edilən məktəblər yanvarın 25-i və 26-sı şənbə bazara düşdüyü üçün onlar artıq yanvarın 24-dən sonra tətilə çıxacaqlar. Həmçinin fevralın 1-i şənbə gününə təsadüf etdiyi üçün bu tədris həftəsi üçün ikinci yarımil fevralın 3-dən […]

Ardını oxu

Ali məktəblərə qəbul imtahanlarının vaxtı açıqlandı

2020-ci ildə DİM tərəfindən keçirilməsi nəzərdə tutulan rezidenturaya qəbul, buraxılış və ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanlarının tarixləri müəyyən olunub. Sonxeber.az DİM-ə istinadən xəbər verir ki, bir müddət öncə 2020-ci ilin ilk 3 ayı ərzində DİM tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və doktoranturaya qəbul imtahanları, sınaq imtahanları, 9-cu sinif buraxılış imtahanlarının 1-ci mərhələsi və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri elan […]

Ardını oxu

Ceyhun Bayramovdan yeni TƏYİNAT .

Təhsil Nazirliyində kadr dəyişikliyi olub.Oxu.Az-ın məlumatına görə, bu barədə Təhsil naziri Ceyhun Bayramov əmr imzalayıb. Əmrə əsasən, Orxan Abbasov Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb.O.Abbasov bundan əvvəl Təhsilin inkişafı proqramları şöbəsinin Təhsildə innovasiyalar sektorunun müdiri vəzifəsində çalışıb.

Ardını oxu

BDU-dan islam dinini təhqir edən müəllimə sərt cəza

Dünən Bakı Dövlət Universitetində imtahan zamanı  müəllim İslam dinini və Quranı təhqir edib. Oxu.Az-ın məlumatına görə, bu barədə universitetin III kurs tələbəsi Elnar Buludov sosial şəbəkədə məlumat paylaşıb. Tarix kafedrasının müəllimi Rabil Süleymanlının imtahan zamanı islam dini və Qurani-Kərim haqqında təhqiramiz ifadələr işlətdiyini və onu “terrorçu” adlandırdığını qeyd edib. Məsələ barədə BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq. Universitetin mətbuat katibi […]

Ardını oxu

Bakıda şagirdi döyən müəllimlə bağlı QƏRAR VERİLDİ

Bakının 169 nömrəli tam orta məktəbinin müəllimi İbrahim Cəfərov dərs zamanı VI sinif şagirdini (müvafiq səbəblərə görə şagirdin adı qeyd edilmir) vurduğuna və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirərkən yol verdiyi digər ciddi nöqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad olunub.Anews.az xəbər verir ki, 169 nömrəli tam orta məktəbdən verilən məlumata görə, İ.Cəfərov 2019-2020-ci dərs ilindən […]

Ardını oxu

Bakıda yanğın zamanı üç xarici tələbə öldü

Bakının Səbail rayonu, Bayıl qəsəbəsində baş vermiş yanğın zamanı üç əcnəbi tələbə qız boğularaq ölüb.Oxu.Az xəbər verir ki, bədbəxt hadisə Xanlar küçəsi 60 ünvanında baş verib.Ümümi sahəsi 36 m² olan bir otaqlı mənzildə bir ədəd elektrik ötürücüsü və yataq dəsti qismən yanıb. Yanğın zamanı əmələ gələn tüstüdən üç tələbə qız boğularaq ölüb. Qızların Şri-Lanka vətəndaşları olduqları məlum olub. Onlar Bakıda fəaliyyət […]

Ardını oxu

Təhsil nazirindən yeni TƏYİNATLAR

Təhsil Nazirliyində kadr dəyişikliyi baş verib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri Aydın Əhmədov Təhsil İnstitutunun direktor müavini təyin edilib. Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdiri vəzifəsinə isə bundan əvvəl Təhsil İşçilərinin Peşəkar İnkişaf İnstitutunun direktoru vəzifəsində çalışan Vəfa Yaqublu təyin olunub.  Bundan əlavə, Təhsil […]

Ardını oxu

Azərbaycanlı tələbələr arasındakı bu fobiyanı necə aradan qaldırmaq olar? – Maraqlı təklif

“Müstəqillik dövründə ölkəmizdə fəaliyyət göstərən universitetlərin bağlandığını, orada təhsil alan tələbələrin bəzi hallarda kənarda qaldığının, müxtəlif forma və məzmunlu problemlərin yaşadığının şahidi oluruq. Vətəndaş qeyri-məmnunluğu və nəticədə inamsızlıq, güvənsizlik fobiyası formalaşır”.“Yeni Sabah” xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov deyib. O, sözlərinə belə davam edib: “Hətta qəbul imtahanlarından sonra ixtisas seçimi zamanı az bal toplayan abituriyentlər belə ixtisas […]

Ardını oxu