Azərbaycanda güclü yeraltı təkanlar gözlənilirmi? – Seysmoloji Xidmət Mərkəzi açıqladı

“Hazırda ölkə ərazisində zəlzələnin afterşokları davam edir. Bundan sonra da afterşokların davam edəcəyi […]

Ardını oxu

Yanvarın son gününün HAVASI

Yanvar ayının son gününə olan hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Orman.Az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 8-11, Bakıda […]

Ardını oxu

SON DƏQİQƏ! Nazirlik yenidən xəbərdarlıq etdi: Şiddətli külək olacaq!

anvarın 27-nə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Orman.Az-a verilən məlumata görə, növbəti 2 gün ərzində yenidən küləyin şiddətli hal alacağı gözlənir. Nazirlik xəbərdarlıq edir ki, yanvarın 27-29-da qərb küləyinin bəzi rayonlarda arabir 9-14 m/s, bəzi Kür vadisi rayonlarında arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Yanvarın 28-i gündüz, 29-da bəzi rayonlarda arabir yağıntılı olacağı, ayrı-ayrı […]

Ardını oxu

Günəş ətrafında qəribə işarələr göründü – Bakı səmasından heyrətamiz FOTOLAR

Bakı səmasında Günəşin ətrafında nəhəng dairə müşahidə olunub. Orman.Az xəbər verir ki, “Report”un xəbərinə görə, bu hal bir neçə dəqiqə davam edib. Dairə, yəni işıq mənbəyi ətrafında yaranan parlaq halqa və ya optik fenomendir. Qeyd edək ki, halə adətən Günəş və Ayın ətrafında, hərdən isə küçə işıqları kimi digər güclü işıq mənbələri ətrafında yaranır. Çoxsaylı halo tipləri var və onlar əsasən […]

Ardını oxu

Azərbaycanda “Quş qripi” ilə bağlı monitorinq başa çatdı – NƏTİCƏLƏR AÇIQLANDI

“Quş qripi” xəstəliyinə görə yanvarın 14-dən başlayan növbəti monitorinq başa çatıb. Orman.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən Trend-ə verilən məlumata görə, monitorinq ölkə ərazisində Baytarlıq Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin mütəxəssis və əməkdaşlarının iştirakı ilə aparılıb. Keçirilən tədbir köçəri quşların payız miqrasiyası nəzərə alınaraq Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və […]

Ardını oxu

Sabah hava necə olacaq?

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Orman.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz […]

Ardını oxu

Azərbaycanda daha bir dövlət agentliyi yaradılır

Azərbaycanda daha bir dövlət agentliyi yaradılır. Orman.Az xəbər verir ki, Prezident İlham Əliyev Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb. Fərmanla Dövlət Ekspertiza İdarəsinin əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində publik hüquqi şəxs statuslu Dövlət Ekoloji Ekspertiza Agentliyi yaradılır. Agentlikdə təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi Azərbaycan Respublikasının Prezidentinə (Agentliyin […]

Ardını oxu

Sürücülərə müraciət edildi: Kəskin hava şəraiti ilə bağlı

“Hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir”. Orman.az xəbər verir ki, bunu report-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir: “Hava şəraitindən aslı olaraq yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün […]

Ardını oxu

Azərbaycanda nadir heyvanlar kameraya yaxalandı – Ana və bala bəbir… – VİDEO

Naxçıvan Muxtar Respublikasının Həsən Əliyev adına Zəngəzur Milli Parkında ana və bala bəbirin foto və video görüntüləri qeydə alınıb. Bu barədə Orman.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Fotolar Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA İctimai Birliyi və Ümumdünya Təbiəti Mühafizə Fondu (WWF) ilə bəbirlərin populyasiyasının bərpası ilə bağlı keçirdikləri birgə layihə çərçivəsində quraşdırılmış foto-tələlər vasitəsilə 2018-ci ilin […]

Ardını oxu