Kurikulum ləğv edilir? – RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi təhsil proqramı (kurikulum) ətrafında gedən müzakirələr haqqında məsələyə münasibət bildirib. Nazirlikdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, kurikulum nəyi və necə öyrətməyi, həmçinin, qazanılmış bilik və bacarıqların ölçülməsini (məzmun, təlim strategiyaları və qiymətləndirmə standartlarını) tənzimləyən sənəddir. Bu proqramlar təhsil prosesindəki müxtəlif fəaliyyətləri (tədris, təlim, idarəetmə və s.) istiqamətləndirməklə normativ xarakter daşıyır. Proqramlar (kurikulumlar) olmadan təhsil sahəsində müəyyən olunmuş siyasəti […]

Ardını oxu

Azərbaycan məktəblərinə koronavirusla bağlı tapşırıq – Başlanıldı…

Orta məktəblərdə koronavirusla bağlı müvafiq tapşırıqların icrasına artıq başlanılıb. Orman.az-ın məlumatına görə, bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib. Onun sözlərinə görə, Təhsil Nazirliyi respublikanın rayon və şəhər təhsil şöbələrinə (idarələrinə) koronavirusla bağlı müvafiq tapşırıqların icrasına dair əmr verib. Əmrdə bildirilir ki, son vaxtlar yaxın xaricdə koronavirusla bağlı yayılan xəbərlər ölkənin ümumtəhsil müəssisələrindən sanitar epidemioloji vəziyyətə […]

Ardını oxu

İki məntəqənin nəticələri etibarsız sayıldı – YENİLƏNİB

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında parlament seçkiləri ilə əlaqədar 71 saylı Masallı Kənd Seçki Dairəsi üzrə şikayətə baxılıb. Oxu.Az-ın xəbərinə görə, MSK müraciətlə bağlı müvafiq qərar çıxarıb. Qərara əsasən, həmin dairənin 33 saylı seçki məntəqəsinin nəticələri etibarsız sayılsın. Bildirək ki, həmin dairənin lider namizədi Anar İsgəndərovdur. 17:36 Milli Məclisə seçkilərlə əlaqədar 63 saylı Sabirabad Seçki Dairəsinin 28 saylı məntəqəsinin nəticələri […]

Ardını oxu

Bakıda əməkdaşların işə gəlməməsinə görə xəbərdarlıq olunan direktorla bağlı RƏSMİ AÇIQLAMA

Bir müddət əvvəl paytaxtdakı Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə gəlməməsi il bağlı xəbər yayılıb. Oxu.Az-ın əməkdaşı Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) ilə əlaqə saxlayaraq, məsələ barədə məlumat əldə etmişdi.  Qurumdan bildirilmişdi ki, məsələ araşdırılır.  BŞTİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq deyilib ki, paytaxtda yerləşən Səbail rayonu 162 nömrəli tam orta məktəbdə kiçik xidmətedici işçilərin işə […]

Ardını oxu

Ombudsman beynəlxalq təşkilatlara bəyanat ünvanladı

Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistanın Azərbaycana qarşı uzun illər həyata keçirdiyi işğalçılıq və etnik təmizləmə siyasətinin davamı olaraq Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalını işğal edib, dinc əhaliyə qarşı soyqırımı törədilib. Artıq Xocalı faciəsindən 28 […]

Ardını oxu

Mehman Hüseynovun namizəd olduğu dairənin nəticələri ləğv edilə bilər – RƏSMİ QƏRAR

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş Milli Məclisə seçkilərlə əlaqədar Hicran Hüseynovanın ldier namizəd olduğu 42 Sumqayıt İkinci Seçki Dairəsi və Etibar Əliyevin lider namizəd olduğu 31 saylı Suraxanı İkinci Seçki dairəsi ilə bağlı şikayəti müvafiq dairə seçki komissiyalarına göndərib. “Report” xəbər verir ki, iclasda daha bir neçə müraciətin Dairə Seçki Komissiyasına göndərilməsi ilə bağlı məsələ […]

Ardını oxu

Sürücülük vəsiqəsinin alınması üçün imtahanda YENİLİK

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulundakı yenilikləri açıqlayıb. ORMAN.AZ xəbər verir ki, idarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Trend-ə açıqlamasında bildirib ki, Baş Dövlət Yol Polisi İdarəsinin Sumqayıt Regional Qeydiyyat-imtahan şöbəsinin təcrübi imtahanın qəbulu üçün xüsusi bağlı meydança yaradılıb: “Meydançadakı avtomobillərdən sürücülük vəsiqəsi almaq üçün imtahandan keçmiş şəxslər istifadə […]

Ardını oxu

Birinci sinfə şagird qəbulu qaydası dəyişdirilir

Bu ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına və I sinfinə qəbul Azərbaycan vətəndaşı olan uşaqlar üçün mütləq olaraq şəxsiyyət vəsiqəsi, xarici ölkə vətəndaşları üçün xarici pasport, vətəndaşlığı olmayanlar üçün miqrasiya vəsiqəsi əsasında həyata keçiriləcək. “Report” xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb. Belə ki, Prezident İlham Əliyevin müvafiq fərmanına əsasən, dövlət informasiya sistemlərində məlumat mübadiləsi şəxsiyyət […]

Ardını oxu

V ixtisas qrupunda bu ixtisaslar LƏĞV EDİLDİ – SİYAHI

Azərbaycanda xüsusi qabiliyyət tələb edən V ixtisas qrupunda 5 ixtisas ləğv edilib, 2 yeni ixtisas yaradılıb, 4 ixtisas əsasında 3 ixtisas formalaşdırılıb.Yeniavaz.com xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda etdiyi dəyişiklikdə əksini tapıb.Beləliklə, V ixtisas qrupunda Bədən tərbiyəsi və idman, Solo oxuma, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı və Rəqs müəllimliyi  ixtisasları siyahıdan çıxarılıb. […]

Ardını oxu

İtaliya mətbuatı: Messi “Barsa”dan getməyə hazırdır

İspaniyanın “Barselona” klubunun hücumçusu Lionel Messi “Barsa”dan getməyə hazırdır. Bu barədə İtaliyanın məşhur “Gazzetta dello Sport” nəşri yazıb. Nəşrin məlumatına görə, 32 yaşlı oyunçu komandanın düşərgəsində baş verənlərdən və hər şeydə məhz onun günahkar hesab edilməsindən olduqca məyus olub. Messinin həmçinin, Ernesto Valverdenin yerinə yeni təyin olunan Kike Setyenin məşq prosesindən narazı olduğu qeyd edilir.

Ardını oxu

Şər və Böhtan yazanlara tutarlı cavab – Jurnalistlərin ağlına nə gəldi onu da qələmi ələ alır – İrşad Abbasov – ÖZƏL

İrşad Abbasov Vətənini sevən, xalqına bağlı olan ləyaqətli vətən oğludur Tarixən xalqımız özünün igid, alicənab, işgüzar, xalqına bağlı olan, Vətənini sevən övladlarının qürurlu adları ilə hər zaman fəxr edib. Hətta, onların atdıqları addımları yaddaşlarda saxlayaraq, həmin şəxslərin adlarını sonrakı nəsillərə ərməğan da ediblər. Bəli, dünya xalqlarının çoxunda olduğu kimi, bizim xalqın da özünəməxsus yüksək insani keyfiyyəti, əxlaqi və mənəvi dəyərləri […]

Ardını oxu

Çindən gələn beş azərbaycanlı Kliniki Tibbi Mərkəzə yerləşdirildi – RƏSMİ

1 saylı Kliniki Tibbi Mərkəzin (KTM) yoluxucu xəstəliklər şöbəsinə bu gün beş nəfər yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin yaydığı birgə məlumatda qeyd edilib. Məlumatda bildirilir ki, onlardan biri Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır: “Onun hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər […]

Ardını oxu

Novruz çərşənbələrinin tarixləri açıqlandı

Baharın Azərbaycana gələcəyi vaxt açıqlanıb. N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından APA-ya verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si saat 07:49:36-da daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarımkürəsindən şimal yarımkürəsinə keçəcək və həmin andan Şimal yarımkürəsində yaz fəsli başlayacaq. Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq […]

Ardını oxu

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili başa çatıb. “Report”un məlumatına görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edib. Beşgünlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti 9 gün (25 yanvar-2 fevral) davam edib. Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə dərslərə fevralın 1-də start verilib. Beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə dərslər bu gün başlayıb.

Ardını oxu

BDU karantinə alınan çinli tələbə ilə bağlı məlumat yayıb – RƏSMİ

“BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb”. APA xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetindən verilən məlumatda qeyd olunub. Bildirilir ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil. “O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə […]

Ardını oxu

Azərbaycanda virusa yoluxan xəstələr varmı? – SƏHİYYƏ NAZİRLİYİ CAVAB VERİR

Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda 4 nəfərdə qrip virusu aşkarlanıb. Onlardan ikisi çinli azyaşlı uşaqdır.Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib. Bundan başqa, İran koronavirusa yoluxmada şübhəli bilinən 2 Çin vətəndaşını karantinə götürüb. 36 və 37 yaşlarında olan qadınlar Azərbaycandan İrana daxil olublar və Təbrizdə karantinə alınıblar. Sual olunur: “Azərbaycandan […]

Ardını oxu

İmtahan müddəti artdı, sual sayı da artacaq? – RƏSMİ CAVAB – ÖZƏL

Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2020-ci il fevralın 23-də ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) magistraturalarına qəbul olmaq istəyənlər üçün sınaq imtahanı keçirəcək. Ancaq ötən illərdən fərqli olaraq imtahan 3 saat (əvvəl magistraturaya qəbul imtahanının birinci mərhələsi 2,5, ikinci mərhələsi isə 1,5 saat müddətində keçirilirdi) davam edib. Sonra DİM-in sosial şəbəkə hesabından abituriyentlərin suallarına cavab […]

Ardını oxu

“Özsüt”də müştərinin pizzasından kauçuk çıxıb – GİLEY

Müştəri “Özsüt” restoranlar şəbəkəsinin “Gənclik Mall”da yerləşən filialından şikayətlənir. “Report”un məlumatına görə, şikayətini sosial şəbəkə vasitəsilə yayan qadın restoranda yediyi pizzadan kauçuk çıxdığını bildirib. Onun sözlərinə görə, restoran əməkdaşlarına etirazını bildirsə də, heç bir tədbir görülməyib. Məsələ ilə bağlı restorandan “Report”a bildirilib ki, şikayət olması barədə İdarə Heyətinə məlumat verilməyib: “Belə bir hal baş verərsə, müştəridən hesab alınmır”.

Ardını oxu

Sabah seçki bülletenlərinin hazırlanması müddəti başa çatır

Azərbaycanda fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində “exit-poll” keçirmək üçün müraciət etmiş təşkilatların akkreditasiyası barədə qərarın qəbul edilməsi müddəti sabah başa çatır. Azadinform xəbər verir ki, Azərbaycan Respublikasında parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, bu barədə qərar Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə ən azı 10 gün qalanadək, yəni 2020-ci il yanvarın 30-dək […]

Ardını oxu

Mübariz Mənsimov 150 tələbəyə təqaüd verəcək

Azərbaycanlı iş adamı Mübariz Mənsimovun rəhbəri olduğu “Palmali Holdinq” tərəfindən elan olunmuş II Təqaüd Proqramına müraciət prosesi başa çatıb. II Təqaüd Proqramına əsasən, daha 150 azərbaycanlı tələbəyə təqaüd veriləcək. “Palmali”nin II Təqaüd Proqramına cəlb olunacaq tələbələr arasında seçimdə aşağıda göstərilən 3 kateqoriyadan olan şəxslərə üstünlük verilib: 1) Şəhid ailələrindən olan tələbələrə; 2) Qarabağ müharibəsi veteranlarının ailələrindən olan tələbələrə; 3) Məcburi […]

Ardını oxu

BDU-nun iki prorektoru və bir dekanı işdən çıxarıldı

Bakı Dövlət Universitetinin (BDU) iki prorektoru işdən çıxarılıb.Bununla bağlı müvafiq əmr imzalanıb. Ali məktəbin Elm və innovasiyalar üzrə prorektoru, Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və Ümumi işlər üzrə prorektor Cəfər Eyvazov vəzifələrindən azad olunub. BDU-nun Həmkarlar İttifaqı Komitəsinin sədri, fizika elmləri doktoru Hüseyn Məmmədov universitetin Elm və innovasiyalar üzrə prorektoru təyin olunub.  Bundan başqa, BDU-nun Biologiya […]

Ardını oxu

Türkiyədə yenidən zəlzələ təhlükəsi – Avropada da hiss ediləcək

Türkiyədə zəlzələ təhlükəsi davam edir. “HaberGlobal”ın məlumatına görə, Mərmərə dənizinin Silivri hissəsində 7,6 bal gücündə zəlzələ baş verəcəyi gözlənilir. Bu barədə Geologiya üzrə ərazi şöbə müdiri Ergin Er deyib. O, baş verəcək zəlzələ nəticəsində Bursanın ciddi zərər görəcəyini bildirib. Onun dediyinə görə, Mərmərədə baş verəcək zəlzələ Avstriya və İtaliyada da hiss ediləcək. Çünki Bursanın coğrafi mövqeyi zəlzələnin təsirini gücləndirərək ətraf […]

Ardını oxu

Şagirdlərin tətil günləri başladı

Ümumtəhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə qış tətili günləri açıqlanıb. Oxu.Az xəbər verir ki, beş günlük qış tətili yanvar ayının 27-dən 31-ə qədər davam edəcək. Beş günlük dərs həftəsi olan məktəblilər üçün tətil müddəti yanvarın 25-dən fevralın 2-ə qədər davam etməklə doqquz gün təşkil edəcək. Altı günlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-dən, beş günlük tədris həftəsi ilə işləyən […]

Ardını oxu

Müəllimlərdən 200 manat pul yığması direktoru işindən etdi…

53 nömrəli tam orta məktəbin direktoru vəzifəsindən uzaqlaşdırılıb.Bu barədə Qaynarinfo-ya sözügedən məktəbdən məlumat verilib. Məktəbdən verilən məlumata görə, məktəbin direktoru Firəngiz Həmidova müvəqqəti olaraq vəzifəsindən uzaqlaşdırılıb: “Firəngiz xanım vəzifəsindən kənarlaşdırılıb. Yerinə də başqa adam təyin olunub. Hazırda araşdırma aparılır”. Məsələ ilə əlaqədar Qaynarinfo Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat katibi Bəşarət Məmmədov saytımıza açıqlamasında 53 nömrəli […]

Ardını oxu