İctimai nəqliyyatdan istifadə haqqı artırılır

Məlumat SON XƏBƏRLƏR
Loading...

İranda martın 16-dan avtobusun gediş haqqı 20% artacaq. Bunu İranın yol və şəhərsalma nazirinin müavini Əbdülhaşim Həsənniya jurnalistlərə açıqlamasında deyib.

Ə.Həsənniyanın sözlərinə görə, hər il olduğu kimi Novruz bayramı istirahət günləri ərəfəsində avtobusda gediş haqqı bahalaşacaq.

O əlavə edib ki, avtobusların xərclərini çıxarmaq üçün bu zəruridir.

Xəbərin olsun:  Hulusi Akar: “Azərbaycanlı qardaşlarımıza var gücümüzlə dəstək olmağa davam edəcəyik”

Ötən illər ərzində Novruz bayramı günləri ərəfəsində gediş haqqı 20% artırılır və istirahət günlərindən sonra normal vəziyyətə qayıdırdı. Lakin bu il 20%-lik artımın istirahət günlərindən sonra öncəki qiymətə qaytarılmayacağı bildirilir.

Xatırladaq ki, ötən il İranda nəqliyyat vasitələrinin şinlərinin çatışmazlığı nəticəsində qiymətlər artmış və bir sıra sürücülər buna etiraz olaraq işə çıxmaqdan imtina etmişdi. (Trend)

Загрузка...