İcra başçısı hadisə yerinə baxış keçirdi – Tapşırıqlar verdi

Hadisə SON XƏBƏRLƏR Sosial
Loading...

Xəbər verdiyimiz kimi, Azərbaycanda baş verən güclü zəlzələ daha çox Şamaxıda fəsadlara səbəb olub.

Orman.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, yeraltı təkanlar Şamaxıda rayon mərkəzində, Qəleybuğurt, Qızmeydan və Nağaraxana kəndlərində daha çox dağıntılara səbəb olub.

Rayon mərkəzində bir neçə mağazaya külli miqdarda ziyan dəyib. Ərzaq məhsulları rəflərdən dağılaraq yararsız hala düşüb.

Xəbərin olsun:  Prezident yolun tikintisinə 3,1 milyon ayırdı

Hazırda dağıntılarla əlaqədar yaradılan fövqəladə komissiya uçqunların baş verdiyi evlərə baxış keçirir, onların sayı və dəyən ziyanın miqdarı ilə bağlı dəqiqləşdirmələr aparır.

Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da dağıntılar olan ərazilərə baş çəkib, müvafiq tapşırıqlar verib.

Загрузка...