Husi terrorçuları hərbi təyyarəni vurudu – İDDİA

Manşet SON XƏBƏRLƏR
Loading...

Yəməndə İranın dəstəklədiyi Husi terrorçuları koalisiya qüvvələrinə aid olduğu bildirilən hərbi təyyarəni vurduğunu iddia edib.

Redaktor.az xəbər verir ki, “Əl-Məsirə” televiziyasına açıqlama verən terrorçuların nümayəndəsi Yəhya Seri, koalisiya qüvvələrinə aid “Tornado” tipli təyyarəni vurduqlarını açıqlayıb.

Cevf vilayətində vurulduğu iddia edilən təyyarə ilə bağlı hələ ki, koalisiya qüvvələrindən açıqlama verilməyib.

Xəbərin olsun:  Sabah havanın hərarəti 35 dərəcəyə yüksələcək

Xatırladaq ki, Husi terrorçuları 2014-cü ildən Yəməndə hökuməti ələ keçirmək üçün mübarizə aparırlar.

Загрузка...