Heydər Əliyev Fondu bu meyxanaçının müalicəsini üzərinə götürdü

flash Mədəniyyət
Loading...

Heydər Əliyev Fondu meyxana ustası Ağakərimin (Kərim Novruzov) müalicəsi ilə bağlı xərcləri öz üzərinə götürüb.

Dünən ailəsi maddi vəziyyəti ilə əlaqədar meyxana ustadının müalicəsinin yarımçıq qaldığını açıqlamışdı.

Heydər Əliyev Fondu isə Ağakərimin səhhəti ilə bağlı vəziyyəti araşdıraraq, ona dəstək göstəriləcəyini bildirib.

Qeyd edək ki, 2017-ci ilin mart ayında meyxanaçının beyninə qan sızıb, bundan sonra onun dayaq-hərəkət sistemində problemlər yaranıb.

inter.az

Xəbərin olsun:  Bu şəxslərin maaşı artdı - MƏBLƏĞ - SİYAHI
Загрузка...