Məhkəmə DTX əməliyyatı ilə tutulan generalla bağlı qərar verdi

Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin keçmiş müavini, general Əfqan Nağıyev və onun tabeliyində olan dörd vəzifəli şəxs barəsində məhkəmə qərarı verilib. Qafqazinfo-nun verdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsinin qərarı ilə onların hər biri barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ə.Nağıyevlə birlikdə DSX-nin Sahil Mühafizə Xidmətinin Şimal, Cənub, Mərkəz regional idarələrinin və Pirallahı məntəqəsinin rəisi də saxlanılıb. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə […]

Ardını oxu

Bakıda qadınlar evdən 5 min manatlıq oğurluq etdi

Bakıda evdə oğurluq hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə mayın 6-sı günorta saatlarında Xəzər rayonu, Zirə qəsəbəsində qeydə alınıb. Belə ki, naməlum şəxslər Bakıxanov küçəsində yaşayan V.Qasımovanın evindən açıq qapıdan keçməklə 1 095 manat və 4 000 manat dəyərində qızıl-zinət əşyalarını oğurlayıb. Daha sonra V.Qasımova bu barədə polis əməkdaşlarına müraciət edib. Faktla bağlı cinayət işi başlanılıb. Xəzər Rayon Polis […]

Ardını oxu

Elçin Quliyevin müavini DTX əməliyyatı ilə saxlanıldı – RƏSMİ

Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınmışdır. Bu barədə Dövlət Təhülkəsizliyi Xidmətindən açıqlama verilib. Bildirilib ki, faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli […]

Ardını oxu

Hədə-qorxu ilə pul tələb edən şəxslər həbs olunub

Ölkəmizdə aparılan kompleks islahatlar çərçivəsində milli mətbuatımızın inkişafı, azad söz və media mühitinin formalaşdırılması, kütləvi informasiya azadlığının, eləcə də müstəqil jurnalistikanın miqyas və keyfiyyət göstəricilərinin artırılması istiqamətində mühüm irəliləyişlərə müvəffəq olunub. Baş Prokurorluqdan  verilən məlumata görə, həyata keçirilən bu mütərəqqi siyasətə kölgə sala biləcək neqativ amillərə, o cümlədən kütləvi informasiya azadlığı və jurnalist hüquqlarından sui-istifadə edilərək ayrı-ayrı şəxslər barəsində böhtan xarakterli […]

Ardını oxu

DTX və Baş Prokurorluq əməliyyat keçirdi – Bu dəfə Dövlət Sərhəd Xidmətində

Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.“BakuPost” xəbər verir ki, bu barədə DTX-nin rəsmi saytı məlumat yayıb.Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcəkdir.

Ardını oxu

Bakıda məhkum vuruldu – İki nəfər həbs edildi

Bakının Binəqədi rayonunda iki ay əvvəl silahlı insident törədən şəxs həbs edilib. Daxili İşlər Nzirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Masallı rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il fevralın 22-də paytaxtın Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əli Abıyevə hər iki bud və qol nahiyələrinə tapançadan atəş açmaqla xəsarət yetirməkdə şübhəli bilinən Masallı rayon […]

Ardını oxu

DTX Mədəniyyət Nazirliyindəki əməliyyatla bağlı məlumat yaydı – RƏSMİ

Azərbaycan xalqının mədəni-tarixi irsi hesab edilən tarix-mədəniyyət abidələrinin mühafizəsi, bəzi vəzifəli şəxslərin öz maraqları naminə bu sahədə dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan hüquqazidd əməllərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Bununla bağlı DTX məlumat yayıb.  Bildirilib ki, aparılan araşdırmalarla, Azərbaycan Respublikasının Mədəniyyət nazirinin müavini Bayramov Rafiq Yasin oğlu və […]

Ardını oxu

“EuroHome” ticarət mərkəzi yenidən yanır

“EuroHome” tikinti materialları bazarı yanır. Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Ardını oxu

Kürdəmirdə gənc qız dərmandan zəhərləndi

Kürdəmir rayon sakini dərmandan zəhərlənib. Report xəbər verir ki, Şilyan kəndinin sakini, 19 yaşlı Cavadova Aysu Malik qızı bilmədən bir neçə həb qəbul edib. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər xəstəyə ilkin tibbi yardım göstərərək, mədəsini yuyublar. Hazırda pasiyentin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qeyd edək ki, A.Cavadova əsəb xəstəliyindən müalicə alırmış.  Faktla bağlı araşdırma aparılır.

Ardını oxu

Bakıda 27 yaşlı oğlanın intihara cəhdinin səbəbi məlum oldu – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda intihar hadisəsinin qarşısını alıblar. Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində paytaxt sakini, 1993-cü il təvəllüdlü Murad Həmidzadə Qara Qarayev prospektindəki körpüdən özünü atmaq istəyib. Xoşbəxtlikdən hadisə yerində olan polis əməkdaşları gəncin intihar etməsinin qarşısını alıblar. Məlum olub ki, M.Həmidzadənin həyat yoldaşı itkin düşüb və bu günə qədər tapılmayıb. M.Həmidzadə […]

Ardını oxu

Pentensiar Xidmətin əsgəri özünü güllələyərək öldürüb

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib. Orman.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib. Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O […]

Ardını oxu

Daha bir dövlət qulluqçusu saxlanıldı – SON DƏQİQƏ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Metbuat.az xəbər verir ki, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ […]

Ardını oxu

Nardaran əməliyyat keçirildi, saxlanılan var

Bakı sakinində silah aşkarlanıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçiriblər. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Axundovun Nardaran qəsəbəsindəki evinin həyətindən “MINTA-37 M” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Ardını oxu

Bakıda maşın qadını vurub öldürdü

Bakıda ölümlə nəticələnən qəza baş verib.Hadisə paytaxtın Yasamal rayonu, S.Dadaşov küçəsində qeydə alınıb.Şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayevə məxsus parklanmış “Opel Zafira” markalı avtomobil yoxuşdan düşərək, yaxınlıqdakı şəhərcikdə süpürgəçi işləyən M.Məmmədlini vurub.Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işinə başlanılıb.(oxu.az)

Ardını oxu

Bakıda yol qəzası baş verib

Bakının Ziya Bünyadov prospektinin Böyük Şor qovşağı yaxınlığında (“20 Yanvar” dairəsi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Orman.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, hazırda prospektin qeyd edilən hissəsində tıxac var. Bu səbəbdən də həmin istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Ardını oxu

İcra Hakimiyyətinin qarşısındakı insidentlə bağlı cinayət işi başlanıldı – RƏSMİ

May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşmışlar. Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk etmişlər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirmiş, onları intizama dəvət edən […]

Ardını oxu

Zaqatalada ev yandı

Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov söndürülüb.

Ardını oxu

Biləsuvar RİH-in qarşısında polisə xəsarət yetirilib – DİN

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında baş verən hadisəyə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib: “Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət […]

Ardını oxu

Azərbaycanda dəhşətli yol qəzası: İkisi uşaq olmaqla 5 nəfər öldü, 6 yaralı var

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi “Nissan” markalı maşın toqquşub. Qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 […]

Ardını oxu

Azərbaycanlı alim vəfat etdi – FOTO

Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının keçmiş müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu Moskvada vəfat edib. Bu barədə professor Vaqif Sultanlı məlumat yayıb: “Geniş dünyagörüşlü, dərin mütaliəli fikir sahibi olmaqla yanaşı, gözəl, mənəviyyatca saf insan idi. Bir çoxları kimi mənim də müəllimim olmuşdu. Sonra uzun müddət bir kafedrada çalışmışdıq. Yalnız tələbəlikdə deyil, sonrakı illərdə də […]

Ardını oxu

Tovuzda 32 yaşlı qadın zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub. “Report” xəbər verir ki, Abulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Ş.Qarayeva yediyi göbələkdən zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ardını oxu