“EuroHome” ticarət mərkəzi yenidən yanır

“EuroHome” tikinti materialları bazarı yanır. Bu barədə Metbuat.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd edilib ki, FHN-in “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda “EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Ardını oxu

Kürdəmirdə gənc qız dərmandan zəhərləndi

Kürdəmir rayon sakini dərmandan zəhərlənib. Report xəbər verir ki, Şilyan kəndinin sakini, 19 yaşlı Cavadova Aysu Malik qızı bilmədən bir neçə həb qəbul edib. Yaxınları onu dərhal Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər xəstəyə ilkin tibbi yardım göstərərək, mədəsini yuyublar. Hazırda pasiyentin vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Qeyd edək ki, A.Cavadova əsəb xəstəliyindən müalicə alırmış.  Faktla bağlı araşdırma aparılır.

Ardını oxu

Bakıda 27 yaşlı oğlanın intihara cəhdinin səbəbi məlum oldu – TƏFƏRRÜAT

Xəbər verdiyimiz kimi, Daxili İşlər Nazirliyinin əməkdaşları Bakının Nizami rayonunda intihar hadisəsinin qarşısını alıblar. Hüquq-mühafizə orqanlarından Oxu.Az-a verilən məlumata görə, mayın 10-da saat 19:00 radələrində paytaxt sakini, 1993-cü il təvəllüdlü Murad Həmidzadə Qara Qarayev prospektindəki körpüdən özünü atmaq istəyib. Xoşbəxtlikdən hadisə yerində olan polis əməkdaşları gəncin intihar etməsinin qarşısını alıblar. Məlum olub ki, M.Həmidzadənin həyat yoldaşı itkin düşüb və bu günə qədər tapılmayıb. M.Həmidzadə […]

Ardını oxu

Pentensiar Xidmətin əsgəri özünü güllələyərək öldürüb

Cəzaçəkmə müəssisəsində əsgər başından özünü gülləyib. Orman.az xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 15 saylı cəza çəkmə müəsissəsində baş verib. Pentensiar Xidmətin əsgəri, 2001-ci il təvəllüdlü Salmanov Polad Nağı oğlu özünü güllələyib. O, alnından güllə yarası alıb. Yaralı 1 saylı şəhər xəstəxanasına aparılarkən yolda ölüb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov APA-ya açıqlamasında hadisəni təsdiqləyib. O […]

Ardını oxu

Daha bir dövlət qulluqçusu saxlanıldı – SON DƏQİQƏ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla həyata keçirilən kompleks islahatlar çərçivəsində son illər sosial müdafiə sisteminin əhatəliliyi və səmərəliliyi daha da artırılmış, sosial siyasətin başlıca istiqamətlərindən biri kimi əhalinin sosial təminatı sahəsində idarəetmənin təkmilləşdirilməsində, ünvanlılıq və şəffaflığın təmin olunmasında əhəmiyyətli irəliləyişlərə nail olunmuşdur. Metbuat.az xəbər verir ki, dövlətin bu sahədə həyata keçirdiyi mütərəqqi siyasətə kölgə sala biləcək neqativ […]

Ardını oxu

Nardaran əməliyyat keçirildi, saxlanılan var

Bakı sakinində silah aşkarlanıb. Daxili İşlər Nazirliyi (DİN) Mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, əməliyyatı Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşları keçiriblər. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Axundovun Nardaran qəsəbəsindəki evinin həyətindən “MINTA-37 M” markalı tapança, 4 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.

Ardını oxu

Bakıda maşın qadını vurub öldürdü

Bakıda ölümlə nəticələnən qəza baş verib.Hadisə paytaxtın Yasamal rayonu, S.Dadaşov küçəsində qeydə alınıb.Şəhər sakini, 1972-ci il təvəllüdlü E.Mirağayevə məxsus parklanmış “Opel Zafira” markalı avtomobil yoxuşdan düşərək, yaxınlıqdakı şəhərcikdə süpürgəçi işləyən M.Məmmədlini vurub.Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı Yasamal Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olma) maddəsi üzrə cinayət işinə başlanılıb.(oxu.az)

Ardını oxu

Bakıda yol qəzası baş verib

Bakının Ziya Bünyadov prospektinin Böyük Şor qovşağı yaxınlığında (“20 Yanvar” dairəsi istiqamətində) yol nəqliyyat hadisəsi baş verib. Orman.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib. Məlumata görə, hazırda prospektin qeyd edilən hissəsində tıxac var. Bu səbəbdən də həmin istiqamətdə müntəzəm və ekspres xətlər üzrə avtobusların intervalında gecikmələr yaranıb.

Ardını oxu

İcra Hakimiyyətinin qarşısındakı insidentlə bağlı cinayət işi başlanıldı – RƏSMİ

May ayının 4-ü saat 11 radələrində bir qrup şəxs xüsusi karantin rejimi qaydalarını pozaraq sosial yardım almaq məqsədilə Biləsuvar rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında toplaşmışlar. Ərazidə xidmətdə olan polis əməkdaşları həmin şəxslərlə profilaktiki və izahedici söhbətlər apardıqdan sonra onlar ərazini tərk etmişlər. Lakin icazəsiz toplantının bir neçə üzvü ictimai qaydanın pozulmasına yönəlmiş hərəkətlərini davam etdirmiş, onları intizama dəvət edən […]

Ardını oxu

Zaqatalada ev yandı

Zaqatala rayonunun Göyəm kəndində ümumi sahəsi 80 m² olan birmərtəbəli dördotaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov söndürülüb.

Ardını oxu

Biləsuvar RİH-in qarşısında polisə xəsarət yetirilib – DİN

Daxili İşlər Nazirliyi (DİN) Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısında baş verən hadisəyə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov “Report”un sorğusuna cavab olaraq bildirib ki, hadisə zamanı polisə müqavimət göstərilib: “Bir qrup vətəndaş sosial yardımların gecikməsi ilə əlaqədar Biləsuvar Rayon İcra Hakimiyyətinin qarşısına toplaşmağa cəhd edib. Ərazidə xidmətdə olan polis əməkdaşları dərhal ora gələrək həmin şəxslərlə söhbət […]

Ardını oxu

Azərbaycanda dəhşətli yol qəzası: İkisi uşaq olmaqla 5 nəfər öldü, 6 yaralı var

Kürdəmirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib. Bu gün Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonunu Sor-Sor kəndindən keçən hissəsində qeydə alınıb. İmişli rayon sakini, 1966-cı il təvəllüdlü Abbas Kərim oğlu Kərimovun idarə etdiyi “Mercedes” markalı avtomobillə Kürdəmir rayon sakini, 1983-cü il təvəllüdlü Ceyhun Sabir oğlu Piriyevin idarə etdiyi “Nissan” markalı maşın toqquşub. Qəza nəticəsində 2 yaşlı Sabir Ceyhun oğlu Piriyev, 54 […]

Ardını oxu

Azərbaycanlı alim vəfat etdi – FOTO

Azərbaycanın görkəmli alimi, Bakı Dövlət Universitetinin Müasir Azərbaycan Ədəbiyyatı kafedrasının keçmiş müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hüseynoğlu Moskvada vəfat edib. Bu barədə professor Vaqif Sultanlı məlumat yayıb: “Geniş dünyagörüşlü, dərin mütaliəli fikir sahibi olmaqla yanaşı, gözəl, mənəviyyatca saf insan idi. Bir çoxları kimi mənim də müəllimim olmuşdu. Sonra uzun müddət bir kafedrada çalışmışdıq. Yalnız tələbəlikdə deyil, sonrakı illərdə də […]

Ardını oxu

Tovuzda 32 yaşlı qadın zəhərlənib

Tovuz rayonunda zəhərlənmə hadisəsi olub. “Report” xəbər verir ki, Abulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Ş.Qarayeva yediyi göbələkdən zəhərlənib. O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Ardını oxu

DTX Cəlilabadda əməliyyat keçirdi

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana külli miqdarda narkotik vasitə və psixotrop maddənin ölkənin gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinin qarşısı alınıb. DTX-dan Orman.az-a verilən məlumata görə, həyata keçirilən tədbirlərlə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Azərbaycan vətəndaşı İsmayılov İsrafil Yuri oğlu qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə […]

Ardını oxu

Gədəbəydə məmur iş başında ölüb

Gədəbəydə məmur ürək tutmasından vəfat edib. Orman.az xəbər verir ki, Gədəbəy Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Rakif Həsənov ürək tutmasından dünyasını dəyişib. Məlumata görə, R. Həsənovun səhhəti işdə pisləşib. O dərhal xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb. //Qaynarinfo.az

Ardını oxu

Narkotik satan ata və oğlu tutuldu

Astara Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin satışı ilə məşğul olan ata və oğul saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Orman.az-a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şahağacı kənd sakini Fədail Aydınlı bir bükümdə narkotik vasitə heroini satarkən cinayət başında tutulub. […]

Ardını oxu

4 icra başçısı getdi: Növbədə kimdir? – Video

Ötən gün Biləsuvar Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat bir daha DTX-nın fəaliyyətini gündəmə gətirib. Sosial şəbəkələrdə və ümumilikdə ictimai rəydə Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyəti yüksək qiymətləndirilir. Belə ki, Eldar Mahmudovun rəhbərliyi dövründə korrupsiyaya bulaşan və reketliklə məşğul olan qurumda aparılan kardinal islahatlar qısa müddətdə bəhrəsini verib. Əgər Mədət Quliyevin rəhbərliyi dövründə bu qurum daxildən təmizlənmiş və dövlət təhlükəsizliyi üçün xüsusi […]

Ardını oxu

Azərbaycanda dəhşətili hadisə: Ana və oğul güllələndi – TƏFƏRRÜAT

Gədəbəy rayonunda ötən ilin sentyabrında dəhşətli qətl hadisəsi törədən şəxsə 6 maddə üzrə ittiham irəli sürülüb. Teleqraf.com-un xəbərinə görə, Şəmkir rayon sakini Əmiraslan Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.5-ci (tamah məqsədi ilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədi ilə adam öldürmə), 120.2.7-ci (iki və […]

Ardını oxu

Azərbaycanda məmurun intiharı ilə bağlı yeni faktlar ortaya çıxdı

Lerik Rayon İcra Hakimiyyətinin Humanitar şöbəsinin məsləhətçisi Qalib Quliyevin özünü öldürməsi ilə bağlı cinayət işi başlanılıb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 23-də Lerik sakini, 1977-ci il təvəllüdlü Quliyev Qalib Naib oğlu güllə yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb. Polis və prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, zəruri istintaq hərəkətləri aparılıb. İlkin araşdırma […]

Ardını oxu

Bağ evində öldürüb meyiti torbalara yığdı – MƏHKƏMƏ

Qəsdən adam öldqürmə və digər cinayətlərdə təqsirləndirilən Fuad Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. “Report”un xəbərinə görə, cinayət işi baxılmaı üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim İlham Mahmudovun icraatında olan iş üzrə hazırlıq iclasının vaxtı hələ məlum deyil. Qeyd edək ki, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Abşeron rayonunda törədilmiş […]

Ardını oxu

11-ci mərtəbədən yıxıldı, həyətdəki avtomobilin üstünə düşüb sağ qaldı

Rusiyanın Nijni Novqorod vilayətində 11-ci mərtəbədən avtomobilin üstünə düşərək, ona zərər yetirən kişi cərimə ödəyəcək. “RİA Novosti” xəbər verir ki, sərxoş vəziyyətdə olan 29 yaşlı şəxs 11-ci mərtəbədən binanın həyətindəki avtomobilin üstünə düşüb.  O, özü sağ qalsa da, maşına ciddi ziyan dəyib. Məhkəmənin qərarı ilə, o, 73 min rubl (1700 AZN) məbləğində dəyən zərəri ödəməli olacaq.  Qeyd edilib ki, təyin […]

Ardını oxu