“Hadisənin Bakıda olması belə, dəqiq deyil” – VİDEO

Hadisə
Loading...

Sosial şəbəkələrdə yayılan məlumata görə, qızın nişanlısı olduğu deyilən şəxs tərəfindən dəniz kənarında alçaldıraq videoya çəkməsi birmənalı qarşılanmayıb.

Belə ki, videoda oğlanın qıza diz çökdürüb və məcbur özünə əxlaqsız deməsini istəməsi əks olunub. İddialara görə, cütlük nişanlı olub və hadisə qısqanclıq zəminində baş verib.
Məsələ ilə bağlı “MediaPost”a açıqlama verən Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev videodan xəbərdar olduğunu bildirib:

Xəbərin olsun:  Bakıda icra hakimiyyətinin şöbə müdiri vəfat etdi

“Bununla bağlı araşdırma aparılır. Hadisənin harada və nə zaman olduğunu müəyyən edilməsi ətrafında işlər görülür. Hadisənin Bakıda olması belə, dəqiq deyil”, – deyə polis mayoru “MediaPost”a bildirib.
Qeyd edək ki, görüntülər yerli mətbuatda geniş yayılıb və ciddi müzakirəyə səbəb olub.

Xatırladaq ki, videoda qeyri-etik davranışlar və ifadələr yer aldığından həmin görüntüləri yayımlamağı məqbul saymırıq.

Xəbərin olsun:  Məşhur prokurorun qaynı öldürüldü - Bakıda qətl

Загрузка...