Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı COVID-19-a görə təxirə düşdü

flash Manşet
Loading...

“Böyük xeyriyyəçi və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılış mərasimi təxirə düşüb”.

Bunu Oxu.Az-a açıqlamasında heykəlin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov bildirib.

Onun sözlərinə görə, açılış mərasimi mart ayına nəzərdə tutulsa da, təxirə salınıb:

“Ölkədə koronavirusla bağlı kütləvi tədbirlər ləğv edilib. Bu səbəbdən heykəlin açılışının dəqiq vaxtı bilinmir”.

Xəbərin olsun:  Havada SAVAŞ qoxusu var... - GƏLİŞMƏ

X.Əhmədov qeyd edib ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı may ayına planlaşdırılır.

Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin heykəli “İçərişəhər” metrostansiyası yaxınlığındakı meydançada ucaldılacaq.

Загрузка...