Gürcüstanda koronavirusdan ölən şəxs azərbaycanlıdır – YENİLƏNİB

Dünya Manşet
Loading...

Gürcüstanda koronavirusdan ölən qadın azərbaycanlıdır. 

“Report” xəbər verir ki, o, Marneuli rayonunun Kəpənəkçi kənd sakini olub.

13:54

Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar ilk ölüm faktı qeydə alınıb.

Vəfat edən şəxs Marneuli bölgəsindən olan 79 yaşlı qadındır.

Apsny.ge agentliyi xəbər verir ki, bu haqda Tbilisi Dövlət Tibb Universitetinin Birinci Universitet Klinikasının direktoru Levan Ratiani məlumat verib.

Xəbərin olsun:  Daha 338 nəfər yoluxdu - 4 nəfər vəfat etdi

L.Ratiani bildirib ki, COVID-19-a yoluxan şəxs martın 31-də xəstəxanaya yerləşdirilib. Xəstəyə ağciyər iltihabı və sepsis diaqnozu qoyulub. O, bu gün səhər saat 9:00 radələrində vəfat edib.

Загрузка...