Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı kənd tamamilə izolyasiya olundu – Koronavirusa görə

Sosial
Loading...

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi rayonunun İmirhəsən kəndi tamamilə karantinə alınıb.

Bu barədə Oxu.Az-a yerli sakinlər məlumat verib.

Bildirilib ki, kənd sakinlərindən 15 nəfərdə yeni tip koronavirusa (COVİD-19) yoluxma aşkarlanıb. Bu səbəbdən kənd izolyasiya olunub və giriş-çıxış yerli hüquq mühafizə orqanları tərəfindən nəzarətə götürülüb.

Bir neçə yaşayış məntəqəsinin Bolnisi və qonşu Marneuli rayonuna çıxış yolu üzərində yerləşən kənd nəzarətə götürüldüyü üçün həmin bölgənin sakinlərinə təcili-təxirəsalınmaz hallarda digər alternativ yollardan istifadə etmək tövsiyə olunub.

Xəbərin olsun:  ŞAD XƏBƏR - Qızları olan ailələrə dəstək veriləcək

Məsələ ilə bağlı yerli mətbuata açıqlama verən Kvemo-Kartli bölgəsinin qubernatoru Şota Rexviaşvili bildirib ki, bu qərar son olaraq iki nəfərdə virus aşkarlandıqdan sonra qəbul edilib:

“Onlar təcili yardım həkimi və təcili yardım avtomobilinin sürücüsünün uşağıdır. Bu iki yoluxma ilə birlikdə ümumi Bolnisi rayonunda 20 nəfərdə virus aşkarlanıb. Savaneti (İmirhəsən – red.) kəndinin tamamilə nəzarətə alındığını təsdiqləyə bilərəm”.

Xəbərin olsun:  “Dərs vaxtı”nın iyunun 8-nə olan cədvəli - FOTO

Qubernator həmçinin qeyd edib ki, daha altı nəfərin müayinə nəticələrinin cavabları gözlənilir.

Qeyd edək ki, Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Bolnisi və Marneuli rayonlarında bütün ölkə üzrə ilk dəfə – martın 23-dən sərt karantin rejimi tətbiq olunur. Martın 31-dən bütün ölkədə karantin elan olunub.

Bu gündən etibarən isə rejim daha da sərtləşdirilib və ölkənin dörd böyük şəhərinə – Tbilisi, Rustavi, Batumi və Kutaisiyə giriş qadağan edilib.

Загрузка...