Gürcüstan prezidenti bu gün Bakıya gələcək

Siyasət SON XƏBƏRLƏR
Loading...

Bu gün Gürcüstan prezidenti Salome Zurabişvili Azərbaycana rəsmi səfərə gələcək.

Gürcüstanın Prezident Administrasiyasının yaydığı məlumata əsasən, ölkə rəhbərinin səfəri qonşu Azərbaycanla strateji tərəfdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyır.
Zurabişvilinin səfər çərçivəsində yüksək səviyyəli görüşlər keçirəcəyi, həmçinin Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Azərbaycanda yaşayan gürcüstanlı tələbələr və biznes sektorun nümayəndələri ilə görüşlərinin nəzərdə tutulduğu vurğulanıb.

Xəbərin olsun:  Prezident yeni qanun imzaladı - İnzibati Xətalar Məcəlləsində yeni maddə

Dövlət başçısının başçılıq etdiyi nümayəndə heyətinə Gürcüstanın Prezident Administrasiyasının üzvləri və digər rəsmi şəxslər daxil olacaq.

Qeyd edək ki, bu, Salome Zurabişvilinin Gürcüstan prezidenti seçilməsindən sonra Azərbaycana ilk rəsmi səfəri olacaq.(azvision.az)

Загрузка...