Güclü külək bəzi rayonları işıqsız qoydu – RƏSMİ

Manşet SON XƏBƏRLƏR
Loading...

Ötən gecə güclü külək səbəbindən Abşeron yarımadasının bəzi ərazilərində və bir sıra dağlıq və dağətəyi rayonlarda elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, fasilə qısa müddətdə aradan qaldırılıb:

“Ötən gecə güclü külək səbəbindən Bakının Binəqədi rayonu ərazisindən keçən eyniadlı xətdə qırılma baş verib və bu səbəbdən də Kənd Binəqədi ərazisində elektrik enerjisini verilişində qısamüddətli fasilə yaranıb. Həmçinin, Bakıətrafı kənd qəsəbələri üzrə Bağlar şəbəkəsində küləyin təsirindən elektrik enerjisi təchizatında fasilə yaranıb.

Xəbərin olsun:  Həftəsonu dəfnə getmək üçün belə icazə alacaqsınız - Rəsmi

Regionlara gəldikdə, gecə saatlarında Cənub regionunda Cəlilabad, Yardımlı və Astarada, Şimalda Qusar və Xaçmazda və Qərb regionunda Gədəbəy rayonu ərazisində elektrik enerjisinin verilişində fasilə yaranıb.

Bu ərazilərdə baş verən güclü külək səbəbindən qəza hallarının olmaması, insanların özlərinə və əmlaklarına zərər dəyməməsi üçün elektrik enerjisinin təchizatı əməkdaşlarımız tərəfindən qısamüddətli dayandırılıb. Külək səngidikdən sonra isə istehlakçıların elektrik enerjisi ilə təchizatı bərpa edilib. Hazırda ölkə üzrə elektrik enerjisi təchizatında problem yoxdur”.

Xəbərin olsun:  İcazələrinizi belə aktivləşdirə bilərsiniz - VİDEO

“Azərişıq” rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum baş verə biləcək kəsinti və qəzaların qarşısını almaq üçün əlavə tədbirlər həyata keçirib:

“Görülmüş tədbirlər nəticəsində havanın kəskin keçdiyi ərazilərə əlavə mal və avadanlıqlar, maşın-mexanizmlər cəlb edilib. Hava şəraiti imkan verdiyi təqdirdə baş verən kəsintilər qısa zamanda aradan qaldırılır”.

Загрузка...