Gənc yazıçı Nicat Həşimzadədən DIM rəhbərinə müraciət – Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı?Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı

Cəmiyyət Manşet SON XƏBƏRLƏR təhsil
Loading...

Hörmətli Məleykə xanım, bir neçə dəqiqə öncə Dövlət İmtahan Mərkəzinə zəng etdim, mənə bildirdilər ki, virusa yoluxan abituriyentlər üçün təkrar imtahan keçirilməyəcək. Axı bu qərar virusa yoluxan gənci daha da ölümə sürükləməkdir. Axı siz özünüz də mətbuat konfransında dəfələrlə demisiniz ki, Azərbaycan gəncliyi Azərbaycanın gələcəyidir. Ancaq indi belə məlum olur ki, siz belə ədalətsiz qərarla virusa yoluxan gəncləri daha da ağır depressiv hallara salaraq ölümə sürükləyirsiz. Budurmu, Azərbaycan gəncliyinə göstərilən qayğı? Mənim yaxın qohumumun bütün ailəsi xəstəliyə yoluxub. Atası 40 gün ərzində Rusiyada iki dəfə ağır ürək əməliyyatı keçirib. Anasının bir gözü görmür, əlildir. Siz axı niyə belə ədalətsiz qərar verərək onsuz da bu cür ağır vəziyyətdə olan ailələrə daha da böyük zərbələr vurursunuz. Onu da nəzərinizə çatdırım ki, təkrar imtahan olmayacağını eşidən qohumum intihar etmək istəyir.


Siz məndən də yaxşı bilirsiniz ki, belə məqamlarda virusa yoluxan adamlara psixoloji dəstək olmaq lazımdır.
Yaxın qohumum dəfələrlə tarix və coğrafiya fənləri üzrə məktəblər arası keçirilən olimpiadalarda yüksək yerlər tutub. İndi bu uşaq virusa yoluxub deyə imtahanda iştirak edə bilmir və siz də təkrar qəbul imtahanı təşkil etmək istəmirsiniz.
İndi belə məlum olur ki, bu uşaq imtahan vermədən hərbi xidmətə getməlidir. İnanıram ki, bu müraciətimə gözlənilən uğurlu cavabı verəcəksiniz. Əgər gözlədiyim cavab qısa zaman ərzində verilmədə ölkə rəhbərinə və birinci xanıma müraciət yazacam. Xahiş edirəm, bu məsələni sağlam qaydada həll edəsiniz. Təşəkkür edirəm.

Xəbərin olsun:  İctimai nəqliyyata qoyulan şənbə-bazar məhdudiyyəti götürüləcək? - AÇIQLAMA

Hörmətlə: Nicat Həşimzadə

Загрузка...